Ofisdə Qiyam
İnternedə gəzərkən Rusiyanın məşhur veb saytlarının birində aşağıdakı çarxa rast gəldim.
http://www.youtube.com/watch?v=X5WIjLxXZRE
Qəzəblənmiş ofis işçisi sağına, soluna baxmadan hər şeyi dağıdır, aləmi bir-birinə vurur. Çarxda əsəbləri tarıma çəkilən insanın edə biləcəkləri nümayiş etdirilir. İnternetdə çox məşhurlaşan bu çarx, hətta Rusiyanın İctimai və НТВ telekanallarında da nümayiş etdirilib. Bir sözlə Rusiya əhli işləyən adamın hisslərini cilovlamağı artıq bacarmayanda düşəcəyi hala baxaraq özünə şükür edib. Bu çarxı bütün dünya üzrə 11 milyon insanın seyr etdiyi bildirilir.
11 milyon insan bu çarxı WOM vasitəsilə bir az da məşhurlaşdırarkən çarxın tam versiyası işıq üzü görür:
http://www.youtube.com/watch?v=6FT7JEpkQf4&feature=related
Bu qədər insanın heç biri çarxa verdikləri rəydə onun virus reklamı olduğunu anlamayıb.
Wanted (Особо опасен) filminin yeni reklam kampaniyasının bir hissəsinə çevrilən bu çarxın rejissoru Timur Bekmambetovdur.
Adi reklam çarxlarının, film çarxlarının daha izlənmədiyi bir zamanda belə bir nəticəyə nail olmaq hər oğulun işi deyil.
Göründüyü kimi camaat reklamda, marketinqdə, PR da artıq yeni era yaşamağa başlayır. Bəs biz haradayıq?!
Sponsor Acgözlüyü
Uşaqlığımdan etibarən uzun müddətdir ki, Что? Где? Когда? oyununu izləyirəm. Rusiyada yaranan və parlaq zəkaların efir vasitəsilə, canlı yayımda, milyonların gözü önündə daha da parıldamasına əlverişli şərait yaradan bu veriliş milyonlarla insan kimi məni də maqnit tək cəlb edir. Kazinonu xatırladan dekorasiya, “insanın öz ağlı ilə pul qazana bildiyi yeganə kazino” neçə illərdir ki, tamaşaçılara insan məntiqinin nələrə qadir olduğunu nümayiş etdirir. Oyunun maraqlı olması üçün nələr edilmədi hətta bir ara pul əvəzinə əsil kazino fişkaları da oyuna daxil oldu.
Amma demək istədiyim bu deyil. Oyunu səhifələrlə tərifləmək. Arqument və əks arqumentlər gətirmək mümkündür. Mənim yazmaq və bölüşmək istədiyim isə Что? Где? Когда?-nın Azərbaycan versiyasıdır. Həqiqətən də Balaş Qasımovun etdiyi iş çox təqdirəlayiqdir. Hətta buna görə Balaş Qasımovun komandasına yağlı bir bravo da düşür. Amma məni bu oyuna baxarkən kədərləndirən sponsorların hər mümkün dərmə-deşiyi doldurmaq arzularıdır.
Gəlin bir fikir verək. Rusiyada yayımlanan Что? Гд?е Когда?da olan əsas gözə dəyən sponsorlar bilicilərin (знатоки sözünün bu tərcüməsi xoşuma gəlmir amma verirəm, versiyası olanı məmnuniyyətlə dinləyərəm) tərəfində telekommunikasiya, tamaşaçıların tərəfində bank sektoru çıxış edir, çay fasiləsində bir çay verilir, ən yaxşı oyunçuya kitab hədiyyə edilir, hal-hazırda maşın da hədiyyə edilir deyəsən, amma sözüm bunda deyil. Sözüm hər sponsorun nümayəndələrindən gedir. Rusiyada sponsorlardan bir nəfər nümayəndə iştirak edir verilişdə, sponsorun adı az yerdə gözə dəyir ki, bu da insanı qıcıqlandırmır.
Azərbaycanda da demək olar ki, eyni sponsorlar var, telekommunikasiya, bank, çay, kitab. Sponsorlara Azercell, Ata Holding, Pasha çay, Ali i Nino, AZEL, informasiya dəstəyi olaraq Day.az və s. daxildir. Gəlin bu sponsorların nümayəndələrinə bir nəzər salaq:
Ata Holding 3 nəfər (adları çəkilənlərdən)
Azercell 1 nəfər (adı çəkilənlərdən) + 1 kafedra
Kitab hədiyyə edən dükan 1 nəfər (gözədəyənlərdən)
Azercell-də bu nümayəndənin önündə dayanan üzərində Azercell yazılan kafedraya ehtiyac varmı? Və ya
Ata Holdingdən bir brend kifayət etməzdimi? Ata Sığorta, hətta reklam blokuna girən Excelsior artıq deyilmi? Burada 3 nəfər nümayəndəyə ehtiyac varmı?
Mən bir müddətdir ki bu suallara cavab axtarıram.
Müasir aləmdə şirkətlərin daha şüurlu şəkildə sponsorluq etməyə can atdıqları bir vaxtda bu verilişin az qala hər cümləsində sponsor adının çəkilməsi irəli yoxsa geriyə atılan addım kimi dəyərləndirilməlidir?
Hərdən mənə elə gəlir ki, Azərbaycanın intellektual Что Где Когда? Klubunun oyunçularının səviyyəsi yüksəldikcə sponsorları daha arxaya gedirlər.
Əgər sabah Azercell verilişə bir masa quraşdırıb arxasında əyləşsə, Ata Holding holdinqə daxil olan bütün müəssisələrini verilişə sponsor qismində cəlb etsə və nəticədə reklam blokları yalnız Ata Holdingin reklamları ilə dolsa mən təəccüblənmərəm.
Amma nə edim ki, həm verilişin yaradıcı komandasını, həm də şirkətləri başa düşürəm. Axı TOP MANAGEMENT pulları Kimə? Nəyə? Hara? xərclədiyini görməlidir.
-
Arxivlər
- Oktyabr 2009 (2)
- Sentyabr 2009 (5)
- Avqust 2009 (3)
- May 2009 (2)
- Fevral 2009 (1)
- Oktyabr 2008 (2)
- İyun 2008 (2)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər