Bakı Sebastian Burgerin Obyektivi İlə
və ya
Obyektiv fotoqrafın obyektivinin tutduqları
Qərbin müəyyən dəyərləri mənim üçün çox heytrətamizdir. Bunlara daha çox 2 məqamı aid edirəm ki, onlar da aşağıdakılardan ibarətdir:
• İşə ürəyini qoymaq və ona yanaşma tərzi
• İstirahət günlərini keçirmə və ümumiyyətlə həftə sonu anlayışına yanaşma tərzi
Keçən həftənin bazar günü mən də belə maraqlı həftə sonlarından birini keçirdim. İstirahət günü mənim üçün ox məhsuldar keçdi. Ən azı həm də ona görə ki, gəlib evimizdə yhaşayıb, çörəyimizi yeyib, suyumuzu içən və yuxarıda qeyd etdiklərimlə məni heyrətə gətirən əcnəbi qardaşlarımızın bizim haqda nə düşündüklərinin əyani şəkildə şahidi oldum.
British Council bu dəfə də öz ənənələrinə sadiq qalaraq növbəti mədəni aksiyanı reallaşdırırdı. Bu dəfəki, mədəni qəhrəman isə Urban Changes layihəsi ilə Almaniyadan olan qonağımız Sebastian Burger idi. Professional Fotoqraqf olan Sebastuan Burgerin Bakıda keçirdiyi son 3 ayda çəkdiyi foto rəsmlərə baxmaq üçün bizlərə göndərilən dəvətnamədə deyilirdi ki, qəhrəmanımız hətta bakılılara belə tanış olmayan yerlərdən rəsmlər çəkib. Düzdür mənə tanış olmayan yerlər var idi.
Tədbir başladı. Əksəriyyəti əcnəbilər və əcnəbiləşmiş azərbaycanlıların təşkil etdiyi tədbirdə yenə də dincəlməkləri ilə əcnəbilər seçilirdilər.
Nəhayət ki, fotoqraf öz əl işlərinin təqdimatına başladı. Təqdimatda ilk olaraq Bakı şəhərinin xəritəsi nümayiş etdirilirdi. Bakının keçmişdən mövcud olan, indi isə yalnız xatirələrdə və şəkillərdə qalan tarixi yerləri bu xəritədə başqa rənglə göstərilirdi. Getdikcə isə bu ərazilər elə hey kiçilirdi, axır ki onlardan kiçik bir ada qaldı. Layihəsinin adı Urban Changes olduğundan fotoqraf ancaq köhnə və yeni tikililərin fərqini göstərmişdi. Amma göstərmək var və GÖSTƏRMƏK VAR. Sebastian müəllimin göstərdikləri mənim üçün tük ürpədici gəldi. Çünki o, iti fotoqraf gözü ilə qədim binaların necə eybəcər hala salındığını, yeni div adlana biləcək göydələnləri, plana gedəcək gözəl binaları, yeni penthauslar arasında taxtadan və kartondan divarlar arasında yaşayan ailələri, pəncərələri və qapıları tutulub hamama çevrilmiş, içərisi kif tutmuş amma hamam adlanan binaları, sanitar və təmir göstəriciləri minimum dərəcədə olan dövlət himayəsində olan uşaq bağçalarını bizə göstərirdi. Müəyyən satirik atmacalarla müşayiət olunan bu təqdimat zamanı periodik olaraq tarixi tikililərin azaldığını göstərən xəritə nümayiş erdirilirdi. Bir patriot kimi Sebastian Burger əsasən Azərbaycanda olan alman tikililərini daha çox çəkmişdi. Bu binaların içini və çölünü nəyi bacarmışdısa ətraflı göstərmişdi. Məncə təqdirəlayiq hərəkətdir.
Amma bütün tədbir boyu mənə bir məqam daha çox toxundu. Fotoqraf çox gözəl arxitekturası ilə seçilən, yüz ildən çox yaşı olan bir bina göstərdi və bu binanın da plana düşdüyünü qeyd etdi, sonar isə belə bir ritorik sual verdi “Mən başa düşə bilmirəm, belə gözəl bir binanı necə sökmək olar?”
Mən də bilmirəm belə gözəl binanı dağıtmağa necə əl gəlir, amma indi bir şeyi bildim, Bakı kənardan, xarici ictimaiyyətin gözlərində necədir.
KİV-ə Giriş
İctimaiyyətə birbaşa təsir gücü olan çox güclü silahlardan biri də KİV-dir. Bəli KİV bir silahdır. Kütləvi İnformasiya Vasitələrinin köməyi ilə istənilən müəssisəni və ya şəxsi öldürüb, sonra diriltmək olar, istənilən kiçik bir hadisədən böyük, hətta nəhəng xəbər yaratmaq, qeyri-realı reala çevirmək olar.
KİV-in nüfuzu o qədər böyükdür ki, irili-xırdalı əksər şirkətlər, müəssisələr, siyasətçilər, şou biznes nümayəndələri rəqəmli və yazılı mətbuatın monitorinqini aparır, onları aidiyyatı ola biləcək kiçicik xəbərə belə bu və ya digər səviyyədə reaksiya veririlər.
İlk əvvəl yazılı, sonra isə rəqəmli KİV yarandı. Qəzet, jurnal, sonra radio, sonra televiziya, sonra isə internet yarandı, internet də öz növbəsində bir neçə kateqoriyaya bölündü. Ardıcıllıqda müəyyən səhvə yol verə bilərəm.
Artıq müasir insan informasiya aclığı hiss etməyə bilər. İndi o asanlıqla dünyada nə baş verdiyindən xəbər tutur. Bunun üçün sadəcə bir düyməyə basmaq kifayət edir.
İctimai rəyin formalaşmasında əvəzsiz rolu olan bu vasitə insanların manqurtlaşmadan xilas edə bilər və ya manqurta çevirə bilər. Beyinləri düşündürür, insan hisslərini canlandırır, mənfi və ya müsbət, fərqi yoxdur, psixoloq və psixiatrlar bu emosiyalarının hər ikisinin orqanizmə xeyri olduğunu vurğulayırlar.
Müasir aləmdə KİV güclü PR aləti, hətta deyərdim ki, silahıdır. İctimai rəyə təsir üçün KİV-i də vasitə kimi seçən partiyalar, dövlət qurumları, siyasətçilər, müəssisələr və s. bu alətdən bacarıqla istifadə etməklə məqsədlərinə nail ola bilirlər. Amma bu silahdan kimlər necə faydalanır? Bax bu çox maraqlı amildir.
Təxminən 1 ay öncə KİV də rast gıldiyim bir məqalə məni çox düşündürdü, hətta güldürdü. Onu bölüşmək istədim:
AKP seçkidə başqa bir namizədi dəstəkləyəcək
Müxalifətdə olan Azərbaycan Kommunist Partiyası (AKP) qarşıdan gələn prezident seçkisində öz namizədi ilə iştirak etməyəcək. “AKP-nin iyulun 27-də keçirilən Mərkəzi Plenumunda belə qərar qəbul olunub ki, biz başqa bir namizədi dəstəkləyək”, Trend News-a AKP sədri Rauf Qurbanov bildirib. Qurbanovun sözlərinə görə, AKP-nin hansı namizədi dəstəkləyəcəyi hələ məlum deyil. “Qeydiyyata alınmış namizədlərin hansının platforması və proqramı AKP-nin ümumi xəttinə uyğun gələcəksə, həmin namizədə dəstək verəcəyik. Namizədlərin platforma və proqramları ilə tanış olmadan bir söz demək çətindir və indidən populist mövqe nümayiş etdirmək yersizdir. Biz namizədlərin iqtidardan və ya müxalifətdən olmasına fərq qoymayacağıq. Əsas odur ki, namizədin proqramı bizim siyasi xəttimizə uyğun gəlsin”, – deyə Qurbanov bildirib.
Bu məqalədə məni düşündürən suallar isə aşağıdakılar oldu:
Bir siyasi partiyanın yaradılmasında məqsəd nədir? Onun adının necə hansı hallarda hallanacağı və ya adı hallanarkən insanlarda formalaşdırdığı fikir önəmli deyil? Siyasi PR deyilən amil bu qədərmi əhəmiyyətsizdir?
Mən düşündüm və güldüm…
-
Arxivlər
- Oktyabr 2009 (2)
- Sentyabr 2009 (5)
- Avqust 2009 (3)
- May 2009 (2)
- Fevral 2009 (1)
- Oktyabr 2008 (2)
- İyun 2008 (2)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər