Fərqli bir Element və Siz Qalibsiniz!
Professional sözünü hərə bir cür yoza, təsvir edə bilər. Amma burda hamını birləşdirən bir cəhət var. Çünki kimin bu sözü necə təsvir etməsindən asılı olmayaraq, hamı sonda işinin öhdəsindən gözəl gələn bir insanı və ya qurumu sizə misal olaraq gətirəcəkdir.
Bu gün Azərbaycanın media aləmində hansı qurumu professional adlandıra bilərik. Daha da konkretləşdirmək üçün medianın bir vasitəsi olan radioları misal verəcəyəm.
Yəqin ki, hər biriniz səhər-səhər işə, dərsə, fərqi yoxdur harasa gedəndə radio dinləmisiniz. Sizi bilmirəm, amma mən səhər-səhər yerli radioları dinləyərkən əsəblərimin gərildiyini hiss edirəm. eyni danışıq tərzi, eyni mahnılar, eyni zəngimcell-lər adamı lap cana-boğaza yığır. Hələ xəbərlərin oxunuş tərzini demirəm, adamın ağlı o qədər xəbəri oxuyanın əndrabadi səsinə gedir ki, oxuduğu xəbərin nə haqqda olduğu tamamilə beyninə batmır. Radio jockeylərin danışıq tərzləri ayrı bir əhvalatdır. Bizim radiolar da digər media vasitələri kimi professionallıqdan uzaq çalışır. Adətən belə olanda “bizimkilər nə bilirlər e” deyirik.
Amma nə yaxşı ki, belə düşünməyə bizə imkan verməyən digər qurumlar da var.
Elə bu yaxınlarda çirkli FM dalğasında ağ qarğa kimi görünən Azadlıq radiosuna baxaq. Orada işləyən azərbaycanlılar həqiqətən də məndə qüruru hissləri doğurur. Tək xəbər oxumaq, gözəl mətn yazmaq tərzləri, yerində sualları ilə deyil, həm də MALLARINI SATMAQ BACARIĞI İLƏ. Bəli, MALLARINI SATMAQ BACARIĞI İLƏ. Bax onlardır əsl istehlakçılarının damarını tutanlar. Mən Azadlıq radiosunun sloqanını “beynin mənəvi qidası” şəklində verərdim. Çünki onlar doğurdan da beyin qidalandırırlar.
Məni bu yazıya ruhlandıran, onları professional satış mütəxəssisi hesab etməyimin səbəbini isə indi açıqlayacağam.
Adi günlərin biri idi, kompyuterin önündə əyləşmişdim, həmişəki kimi online radio öz işində idi. Mövzu da maraqlı idi, Azərbaycanda tenderlər barədə, bu sahədə işlər, inhisarlar, böyük layihələri udan nizamnaməsində isə rəsmən 6 nəfər işçisi olan şirkətlər və s. Amma hansına işə başım elə qarışmışdı ki, heç cürə diqqətimi tam olaraq reportaja cəmləyə bilmirdim. Deyəsən təcrübəli satıcılar bunu hesaba almışdılar. Diqqətimin tam olaraq radiodan yayınmasına bir neçə saniyə qalmış onlar tender sahəsindəki inhisarı, klanlaşmanı Nino Rottanın Xaç Atası filmi üçün yazdığı və mafia haqqında Mario Pyuzo və Frensis Ford Koppolanın bu şah əsərinin əsas soundtracklərindən olan bir musiqi ilə ifadə etdilər. Bu musiqi mənim beynimə səhər məni yuxudan oyatmağa çalışan zəngli saatdan da iti təsir etdi və öz sahəsini orda ələ aldı. Bir neçə saniyəlik musiqi bütün reportajın mesajnı tam aydın şəkildə diqqətə çatdırdı.
Bax budur professionalıq, budur malını satmaq, budur mesajı istehlakçıya düzgün çatdırmaq. Belə olan təqdirdə istehlakçı səni mütləq tapacaq, hətta artıq çoxdan heç kimin baş çəkmədiyi, Wallmart-ın yanında kiçik baqqal dükanına bənzəyən, SW dalğasında belə. Yetər ki sən müştərini almağa təhrik edəsən.
-
Arxivlər
- Oktyabr 2009 (2)
- Sentyabr 2009 (5)
- Avqust 2009 (3)
- May 2009 (2)
- Fevral 2009 (1)
- Oktyabr 2008 (2)
- İyun 2008 (2)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər