NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Matryoşka Putin

və ya şüur üstündə və altında Rambo

Çerkizov bazarı əvvəl sanitar və yanğınsöndürmə normalarına cavab vermədiyi üçün bağlandı. Sonra daha müxtəlif və əsaslı səbəblər ortalığa çıxmağa başladı. Sən demə uzun müddətdir Rusiya Federasiyasına yaxşıca gəlir gətirən bu bazar qaçaqmal, vərəm, sifilis, QİÇS mənbəyi imiş. Amma bunlar hamısı Telman İsmayılovun Türkiyədəki otelinin böhran dövründə təntənəli açılışından sonra birdən ortaya çıxdı.

Rusiya hökuməti bununla barışa bilmədi. Yəni, həm Çerkizov bazarının qaçaqmal və xəstəlik mənbəyi olması və həm də belə bir gəlirin Rusiya Federasiyası yox Türkiyə Cümhuriyyətinə verilməsi ilə.

2008-ci ildə İsveçrənin həftəlik analitik Sonntags Zeitung qəzetində dünyanın bir neçə nüfuzlu ölkəsinin liderləri ilə əlaqədar “The insight story” adlı reklam kampaniyası yer almışdı. Bu kampaniyada Vladimir Putin aşağıdakı şəkildə diqqətə çatdırılırdı.

preview_600_848

Bir il keçir. Bu reklam indi daha da aktualdır. İllərlə aktuallığını bir az da möhkəmləndirəcək yəqin ki………

Avqust 31, 2009 Yazan nalab | Reklamlar | , , , | No Comments Yet

Media Sapiens – Сергей Минаев

Media Sapiens – Сергей Минаев

Kitabın əvvəl ikinci, sonra birinci hissəsini oxumuşdum. Bəlkə də ayaqbaş başladığıma görə ilk əvvəl məna mənə çatmamışdı Amma həqiqətən də PR, Media, Marketinq və ümumiyyətlə Kommunikasiya sahəsində çalışanlar üçün “oxumağa dəyər” deyilə biləcək kitablardandır.

Kitabın birinci hissəsinin epiqrafı Hitlerdəndir: “Danışdığın yalan nə qədər dəhşətlidirsə, sənə bir o qədər çox inanacaqlar. Sıravi insanlar balaca yalandan daha çox böyük yalanlara inanırlar. Bu onların primitiv qəlblərinə uyğundur. Onlar bilirlər ki, balaca yalana özləri də qadirdilrlər, amma böyük yalan danışmağa utanacaqlar. Böyük yalan sadəcə olaraq onların ağıllarına gəlməyəcəkdir. Məhz buna görə də kütlə başqasının da dəhşətli yalan danışmağa qadir olduğunu təsəvvür belə edə bilmir. Hətta onlara kimsə söhbətin dəhşətli yalandan getdiyini başa salsa, onlar yenə də bu kimsənin anlatdığına şübhə ilə yanaşacaq və yəqin ki, burada heç olmasa bir balaca doğrunun olduğunu düşünəcəklər.”

Əslində bu sözlər kütləni idarə etməyin ana üsulunu göstərir.

Əsərdə KİV-in insanlara təsiri qabardılır. KİV-dən insanları yönəltmək, fikir formalaşdırmaq üçün istifadə etməyin yolları göstərilir.

Ən yadda qalan hissələrdən biri:

Ümumiyyətlə onların (insanlar nzərdə tutuıur) hər birinin öz qəlbi var idi. Onları bir şey birləşdirirdi – evinə daxil olan hər kəs yarım saat və ya daha az müddətdə ya televizor, ya radio yandırır, ya da ki, internetə girirdi.   Bu an onlar artıq individium olmur, auditoriya olurdu. Bu qədər müxtəlif, öz qayğıları olan, ayrı inamı olan, başqa-başqa dinlərin, dillərin, millətlərin nümayəndələrini – MEDİA birləşdirirdi.

Doğurdan da MEDİA güclü silahdır. İstər ənənəvisi olsun, istərsə də qeyri ənənəvisi.

Avqust 28, 2009 Yazan nalab | Kitablar | , , , , , | 1 şərh

New York Times Dünyada

New York Times Dünyada

Tez-tez internet olan yerdə qəzeti almağa ehtiyac yoxdur deyirik. Amma ingilislər hələ də gəlirlərinin bir hissəsini verib xüsusi klublara səssiz yerdə qəzet oxumaq üçün yazılırlar.

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan The New York Times  isə elə internetin ana vətəni olan ABŞ-da niyə bu qədər məşhurdur və niyə yavaş-yavaş bütün dünyaya nüfuz etməyə başlayır? Elit imicə sahib olan qəzetin yönəldiyi elit təbəqənin yəni internetə çıxışı yoxdur?

Bu məşhur qəzet hətta ABŞ-da yayımlanmaqla kifayətlənməyin digər ölkələrə də ən məşhur qəzetlər vasitəsilə də oxucularla görüşür. Qəzetin məşhur qəzetlərə əlavə olaraq yayımlandığı ölkələr aşağıdakılardır:

  1. Clarin Argentina
  2. Der Standart Avstriya
  3. Folha, Braziliya
  4. La Segunda Çili
  5. El Espectador, Kolumbiya
  6. Listin Diario Dominikan Respublikası
  7. Le Monde Fransa
  8. 24 Saati Gürcüstan
  9. Süddeutsche Zeitung Almaniya
  10. Eleftherotypia Yunanıstan
  11. Prensa Libre Qvatemala
  12. the Asian Age Hindistan
  13. la Repubblica İtaliya
  14. Asahi Shimbun Yaponiya
  15. Sunday Nation Kenya
  16. Koha Ditore Kosova
  17. El Norte, Mural and Reforma Meksika
  18. La Prensa Panama
  19. Expreso Peru
  20. Manila Bulletin Filippin
  21. Romania Libera Rumıniya
  22. Delo Slovenya
  23. El Pais İspaniya
  24. United Daily News Tayvan
  25. Sabah Türkiyə
  26. Sunday Monitor Uqanda
  27. The Observer İngiltərə
  28. The Korea Tines ABŞ
  29. Novoye Russkoye Slovo ABŞ

Azərbaycanı da bu siyahıda gğrmək arzusu ilə…

Avqust 23, 2009 Yazan nalab | KİV | , , , | No Comments Yet