NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Uğurlu PR gedişi

və ya tolerantların bayraq əməliyyatı

Ermənistanın paytaxtında keçirilən  cüdo üzrə gənclər arasında Avropa çempionatından Azərbaycan 5 medal gətirdi: 1 qızıl, 1 gümüş, 3 bürünc. Yaxşı göstəricidir. Nəzərə alsaq ki, bu müharibə rejimində yaşadığımız ölkədə qazanılan uğurdur, qələbənin dəyəri daha da artır.

Böyük Bayraqdar

Böyük Bayraqdar

Çempionatda iştiraka hərə bir cür münasibət göstərdi, bir cür etiraz etdi, amma bunlar qalsın bir yana.

Mən başqa bir şeydən danışmaq istəyirəm. Ermənistanın PR strategiyasından. Yenə deyirəm, informasiya mübarizəsindən Ermənistandan öyrənilməli çox şey var.

Düzdür, himn axıra kimi səslənmədi. Amma yəqin səslənmədi ona görə ki, Azərbaycanın  birinci yer qazanacağına inam az idi.

Amma, amma diqqət çəkən başqa məqam. Övladlarına hələ beşikdə ikən, düşməninin kim olduğunu öyrədən millətin övladı Azərbaycanın bayrağını daşıdı. Bax budur bizim günlərdir fəxr qürurumuz, Ermənistan üçün isə bütün dünyaya tolerantlığı göstərən növbəti PR gedişi.

Bu gedişin Azərbaycana hələ çox xatırladılacağından qorxuram

Sentyabr 19, 2009 - Posted by | PR | , , , , , , ,

Şərhlər »

  1. Başqa bir maraqlı məqam – medalların lenti ermənistan bayrağının rənglərini əks etdirirdi. Və təsəvvür edin – Azərbaycanlılar Yerevanda qalıb gəliblər, himn çalınır, sevinə sevinə Bakıya gəlirlər və bütün bu müddət ərzində boyunlarında Ermənistanın bayrağı ;) ))

    Comment by ljmaximus | Sentyabr 21, 2009 | Reply

  2. :) Doğrudur, bu məqam mənim də diqqətimi çəkmişdi. Əslində çox xırda, amma diqqət tələb edən məsələdir

    Comment by nalab | Sentyabr 21, 2009 | Reply

    • Necə ki deyirlər, iblis detallarda :)

      Comment by ljmaximus | Sentyabr 24, 2009 | Reply


Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.