NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Açaram Sandığı, Tökərəm Pambığı

və ya Gen MMC sloqanını relallaşdırdı. Tikdi və iz qoydu

Azərbaycanın digər qanunları kimi bir dənə də Reklam qanunu var. Digər qanunlar kimi bu qanun da qəliz cümlələrlə doludur. Amma nəticə etibarilə nəyin qadağan olduğunu və nəyə icazə verildiyini başa düşmək olar.

Qanun olmağına var. Amma bu qanuna əməl edən qurumlar nə vəziyyətdədir? Müşahidələrim Media qurumlarından qanuna daha çox ANS-in əməl etdiyini göstərir. Digər qurumlarda isə sizdən və onlardan asılıdır. Daha doğrusu əksəriyyət “siz necə desəniz eləcə də olacaq” sözü ilə işləyir. İndiyə qədər bu işləmə prinsiplərini üzə çıxaran yox idi. Amma GEN MMC-nin rəhbəri Elbrus Əliyev hər şeyi də olmasa bəzi şeyləri dedi. Kimə nə qədər məbləğ verdiyini, kiminlə hansı şərtlərdə işlədiyini. Sağ olsun  Azadlıq radiosu bunun hamısını bir-bir yazdı. daha artıq oxu »

Sentyabr 13, 2009 Yazan nalab | Biznes dünyası reallıqları | , , , , , , , , , | Şərhlər