NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Qlobal İstiləşmə Məsələsi

Bir neçə il bundan əvvəl hər mətbu orqanın efirində, səhifələrində yer alan Qlobal İstiləşmə məsələsi deyəsən yavaş-yavaş kimlərəsə sərf etməməyə başlayıb. Bu məsələ o qədər aktual olmuşdu ki, hamı bu barədə danışırdı. Havalar bu il çox isti keçir, qlobal istiləşmədir, havalar bu il gec soyuyur qlobal itiləşmədir, havalar bu il yaman soyuqdur, qlobal istiləşmədir.

Amma deyəsən beynəlxalq ictimaiyyət oturub yaxşıca fikirləşibvə bu məsələnin artıq sərf etməfiyini görüb. Deyəsən qlobal istiləşmə məfhumu məqsədlərə çatmaqda rolunun öhdəsindən yaxşı gələ bilmədi. İndi onu mif adlandırırlar.

Bu gün 13.10.2009-dur və Rusiyanın İctimai Televiziyası Qlobal İstiləşmənin mif olduğu barədə bütün dünya alimlərinin fikir yürütdüyü veriliş yayımlayır.

Verilişdə bir neçə cümlə işlədilir:

  1. İnformasiya Sahəsi Elm üzərində qələbə çalır
  2. Qlobal İstiləşmə çox əlverişli məfhumdur ki, ondan imtina edilsin, bu sərf etmir
  3. Biaz hamımız propaqandanın qurbanıyıq, bu yaxşı maliyyələşdirilmiş bir məfhumdur, bu sənaye inkişafını istiməyənlərin uydurduğu bəhanədir.

Soyuq İnformasiya Müharibəsinin iyi gəlir.


Oktyabr 13, 2009 Yazan nalab | KİV | , , , , , , | No Comments Yet

Bütün ili EUROVİSİON

və ya təkrar biliyin anasıdır

İctimai televiziyadan yenə də Eurovision 2009 yayımlanırdı. Neçənci dəfəsə. Robinzon demiş “опять про море”.

İndi uzaq görünən 90-cı illər yadıma düşdü. Onda biz bütün ölkəcə hələ Eurovision xəstəliyinə tutulmamış, milli TV-də Oqtay Əliyev, Murad Dadaşov kimi şou biznes, səhnə mədəniyyəti və preformans qanunlarını diqtə edən rəy liderləri hələ bu müsabiqədən o qədər də xəbərdar deyildilər və ağızdolusu danışmırdılar. Yəqin ona görə ki, hələ Qafqazdakı qonşularımızın heç biri bu müsabiqədə iştirak etmirdi və biz də  “qonşudan qalma geri” pirnispi ilə hərəkət etmirdik. Çoxlarımızın heç belə bir müsabiqənin mövcudluğundan belə xəbəri yox idi.

Eurovisiona gəldikdə isə onu ancaq Rusiyanın ОРТ-si (İctimai televiziya) və Türkiyənin TRT1-dən izləmək olurdu. O da ki, gecənin o saatında bir gözü açıq, bir gözü bağlı yarı baxmaq idi. Yuxu bəzi ifaçıları görməyə imkan vermirdi, kim-kimə neçə xal göndərir, onu da görmək olmurdu. O vaxt həmişə öz özümə sual verirdim:

  • axı niyə bu kanallardan heç biri müsabiqəni təkrar vermir?

İnternet də ki, bu qədər yayılmamışdı hələ. Növbəti gün radionu açıb oradan bəzi xəbərləri eşitmək ümidilə yaşayırdım.

İllər keçdi, hətta əsr də dəyişdi. Qafqazdakı qonşularımız Eurovisiona getdilər və biz də özümüzə sual verdik: “Axı o əjdahadan bizdə niyə yoxdu?”  Bu suala cavab verib biz də müsabiqədə iştirak üçün hazırlaşdıq və iştirak etdik. Birinci dəfədən ilk onluğa düşdük. Hətta Eurovisionu artıq ana dilimizdə milli televiziyadan izləməyə başladıq. Azarkeşlik etdik, dəqiqələri saydıq, səs göndərdik, qardaş ölkədən səs umduq. Müəyyən qədər qürurlandıq da. Müsabiqəni gecə yuxuya gedib izləyə bilməsək də, səhər təkrarına baxdıq. Öz aramızdır, elə o baxan da baxırıq. Bəlkə də biz müsabiqədə iştirak edən yeganə ölkəyik ki, növbəti ilin Eurovisionuna qədər bütün ili Eurovisiona baxırıq. Sual çıxır. Axı niyə? Cavab bəlkə təkrar biliyin anasıdır deyə, bəlkə səhvərimizi görək deyə, bəlkə bizim gözümüz önündə tarix yazılıb o tarixi unutmayaq deyə, bəlkə unutqan xalqıq bu çox önəmli hadisədir onun unudulmasını İctimai TV istəmir deyə.

Ya, ya da ki, İctimai televiziya efirində olan boş vaxtını heç nə ilə doldura bilmir. Bax bu əsil səbəbdir. Bu inandırıcı səbəbdir.

Sonunda hər bir TV öz malını satır. Düzdür ,İctimai televiziyaya dövlət büdcəsindən pul ayrılır. Amma yenə də onun da bir sifəti olmaldır. Axı əvvəl-axır uşaqlar da böyüyüb valideynlərinin əlinə baxmır. Axı köhnə malı müştəriyə nə qədər sırımaq olar. Axı insaf da yaxşı şeydir.

Sentyabr 3, 2009 Yazan nalab | KİV | , , , | Şərhlər

New York Times Dünyada

New York Times Dünyada

Tez-tez internet olan yerdə qəzeti almağa ehtiyac yoxdur deyirik. Amma ingilislər hələ də gəlirlərinin bir hissəsini verib xüsusi klublara səssiz yerdə qəzet oxumaq üçün yazılırlar.

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan The New York Times  isə elə internetin ana vətəni olan ABŞ-da niyə bu qədər məşhurdur və niyə yavaş-yavaş bütün dünyaya nüfuz etməyə başlayır? Elit imicə sahib olan qəzetin yönəldiyi elit təbəqənin yəni internetə çıxışı yoxdur?

Bu məşhur qəzet hətta ABŞ-da yayımlanmaqla kifayətlənməyin digər ölkələrə də ən məşhur qəzetlər vasitəsilə də oxucularla görüşür. Qəzetin məşhur qəzetlərə əlavə olaraq yayımlandığı ölkələr aşağıdakılardır:

  1. Clarin Argentina
  2. Der Standart Avstriya
  3. Folha, Braziliya
  4. La Segunda Çili
  5. El Espectador, Kolumbiya
  6. Listin Diario Dominikan Respublikası
  7. Le Monde Fransa
  8. 24 Saati Gürcüstan
  9. Süddeutsche Zeitung Almaniya
  10. Eleftherotypia Yunanıstan
  11. Prensa Libre Qvatemala
  12. the Asian Age Hindistan
  13. la Repubblica İtaliya
  14. Asahi Shimbun Yaponiya
  15. Sunday Nation Kenya
  16. Koha Ditore Kosova
  17. El Norte, Mural and Reforma Meksika
  18. La Prensa Panama
  19. Expreso Peru
  20. Manila Bulletin Filippin
  21. Romania Libera Rumıniya
  22. Delo Slovenya
  23. El Pais İspaniya
  24. United Daily News Tayvan
  25. Sabah Türkiyə
  26. Sunday Monitor Uqanda
  27. The Observer İngiltərə
  28. The Korea Tines ABŞ
  29. Novoye Russkoye Slovo ABŞ

Azərbaycanı da bu siyahıda gğrmək arzusu ilə…

Avqust 23, 2009 Yazan nalab | KİV | , , , | No Comments Yet

Fərqli bir Element və Siz Qalibsiniz!

Professional sözünü hərə bir cür yoza, təsvir edə bilər. Amma burda hamını birləşdirən bir cəhət var. Çünki kimin bu sözü necə təsvir etməsindən asılı olmayaraq, hamı sonda işinin öhdəsindən gözəl gələn bir insanı və ya qurumu sizə misal olaraq gətirəcəkdir.
Bu gün Azərbaycanın media aləmində hansı qurumu professional adlandıra bilərik. Daha da konkretləşdirmək üçün medianın bir vasitəsi olan radioları misal verəcəyəm.
Yəqin ki, hər biriniz səhər-səhər işə, dərsə, fərqi yoxdur harasa gedəndə radio dinləmisiniz. Sizi bilmirəm, amma mən səhər-səhər yerli radioları dinləyərkən əsəblərimin gərildiyini hiss edirəm. eyni danışıq tərzi, eyni mahnılar, eyni zəngimcell-lər adamı lap cana-boğaza yığır. Hələ xəbərlərin oxunuş tərzini demirəm, adamın ağlı o qədər xəbəri oxuyanın əndrabadi səsinə gedir ki, oxuduğu xəbərin nə haqqda olduğu tamamilə beyninə batmır. Radio jockeylərin danışıq tərzləri ayrı bir əhvalatdır. Bizim radiolar da digər media vasitələri kimi professionallıqdan uzaq çalışır. Adətən belə olanda “bizimkilər nə bilirlər e” deyirik.
Amma nə yaxşı ki, belə düşünməyə bizə imkan verməyən digər qurumlar da var.
Elə bu yaxınlarda çirkli FM dalğasında ağ qarğa kimi görünən Azadlıq radiosuna baxaq. Orada işləyən azərbaycanlılar həqiqətən də məndə qüruru hissləri doğurur. Tək xəbər oxumaq, gözəl mətn yazmaq tərzləri, yerində sualları ilə deyil, həm də MALLARINI SATMAQ BACARIĞI İLƏ. Bəli, MALLARINI SATMAQ BACARIĞI İLƏ. Bax onlardır əsl istehlakçılarının damarını tutanlar. Mən Azadlıq radiosunun sloqanını “beynin mənəvi qidası” şəklində verərdim. Çünki onlar doğurdan da beyin qidalandırırlar.
Məni bu yazıya ruhlandıran, onları professional satış mütəxəssisi hesab etməyimin səbəbini isə indi açıqlayacağam.
Adi günlərin biri idi, kompyuterin önündə əyləşmişdim, həmişəki kimi online radio öz işində idi. Mövzu da maraqlı idi, Azərbaycanda tenderlər barədə, bu sahədə işlər, inhisarlar, böyük layihələri udan nizamnaməsində isə rəsmən 6 nəfər işçisi olan şirkətlər və s. Amma hansına işə başım elə qarışmışdı ki, heç cürə diqqətimi tam olaraq reportaja cəmləyə bilmirdim. Deyəsən təcrübəli satıcılar bunu hesaba almışdılar. Diqqətimin tam olaraq radiodan yayınmasına bir neçə saniyə qalmış onlar tender sahəsindəki inhisarı, klanlaşmanı Nino Rottanın Xaç Atası filmi üçün yazdığı və mafia haqqında Mario Pyuzo və Frensis Ford Koppolanın bu şah əsərinin əsas soundtracklərindən olan bir musiqi ilə ifadə etdilər. Bu musiqi mənim beynimə səhər məni yuxudan oyatmağa çalışan zəngli saatdan da iti təsir etdi və öz sahəsini orda ələ aldı. Bir neçə saniyəlik musiqi bütün reportajın mesajnı tam aydın şəkildə diqqətə çatdırdı.

Bax budur professionalıq, budur malını satmaq, budur mesajı istehlakçıya düzgün çatdırmaq. Belə olan təqdirdə istehlakçı səni mütləq tapacaq, hətta artıq çoxdan heç kimin baş çəkmədiyi, Wallmart-ın yanında kiçik baqqal dükanına bənzəyən, SW dalğasında belə. Yetər ki sən müştərini almağa təhrik edəsən.

Fevral 3, 2009 Yazan nalab | KİV | , , , , , , , | Şərhlər

KİV-ə Giriş

İctimaiyyətə birbaşa təsir gücü olan çox güclü silahlardan biri də KİV-dir. Bəli KİV bir silahdır. Kütləvi İnformasiya Vasitələrinin köməyi ilə istənilən müəssisəni və ya şəxsi öldürüb, sonra diriltmək olar, istənilən kiçik bir hadisədən böyük, hətta nəhəng xəbər yaratmaq, qeyri-realı reala çevirmək olar.
KİV-in nüfuzu o qədər böyükdür ki, irili-xırdalı əksər şirkətlər, müəssisələr, siyasətçilər, şou biznes nümayəndələri rəqəmli və yazılı mətbuatın monitorinqini aparır, onları aidiyyatı ola biləcək kiçicik xəbərə belə bu və ya digər səviyyədə reaksiya veririlər.
İlk əvvəl yazılı, sonra isə rəqəmli KİV yarandı. Qəzet, jurnal, sonra radio, sonra televiziya, sonra isə internet yarandı, internet də öz növbəsində bir neçə kateqoriyaya bölündü. Ardıcıllıqda müəyyən səhvə yol verə bilərəm.
Artıq müasir insan informasiya aclığı hiss etməyə bilər. İndi o asanlıqla dünyada nə baş verdiyindən xəbər tutur. Bunun üçün sadəcə bir düyməyə basmaq kifayət edir.
İctimai rəyin formalaşmasında əvəzsiz rolu olan bu vasitə insanların manqurtlaşmadan xilas edə bilər və ya manqurta çevirə bilər. Beyinləri düşündürür, insan hisslərini canlandırır, mənfi və ya müsbət, fərqi yoxdur, psixoloq və psixiatrlar bu emosiyalarının hər ikisinin orqanizmə xeyri olduğunu vurğulayırlar.
Müasir aləmdə KİV güclü PR aləti, hətta deyərdim ki, silahıdır. İctimai rəyə təsir üçün KİV-i də vasitə kimi seçən partiyalar, dövlət qurumları, siyasətçilər, müəssisələr və s. bu alətdən bacarıqla istifadə etməklə məqsədlərinə nail ola bilirlər. Amma bu silahdan kimlər necə faydalanır? Bax bu çox maraqlı amildir.
Təxminən 1 ay öncə KİV də rast gıldiyim bir məqalə məni çox düşündürdü, hətta güldürdü. Onu bölüşmək istədim:

AKP seçkidə başqa bir namizədi dəstəkləyəcək

Müxalifətdə olan Azərbaycan Kommunist Partiyası (AKP) qarşıdan gələn prezident seçkisində öz namizədi ilə iştirak etməyəcək. “AKP-nin iyulun 27-də keçirilən Mərkəzi Plenumunda belə qərar qəbul olunub ki, biz başqa bir namizədi dəstəkləyək”, Trend News-a AKP sədri Rauf Qurbanov bildirib. Qurbanovun sözlərinə görə, AKP-nin hansı namizədi dəstəkləyəcəyi hələ məlum deyil. “Qeydiyyata alınmış namizədlərin hansının platforması və proqramı AKP-nin ümumi xəttinə uyğun gələcəksə, həmin namizədə dəstək verəcəyik. Namizədlərin platforma və proqramları ilə tanış olmadan bir söz demək çətindir və indidən populist mövqe nümayiş etdirmək yersizdir. Biz namizədlərin iqtidardan və ya müxalifətdən olmasına fərq qoymayacağıq. Əsas odur ki, namizədin proqramı bizim siyasi xəttimizə uyğun gəlsin”, – deyə Qurbanov bildirib.

Bu məqalədə məni düşündürən suallar isə aşağıdakılar oldu:
Bir siyasi partiyanın yaradılmasında məqsəd nədir? Onun adının necə hansı hallarda hallanacağı və ya adı hallanarkən insanlarda formalaşdırdığı fikir önəmli deyil? Siyasi PR deyilən amil bu qədərmi əhəmiyyətsizdir?
Mən düşündüm və güldüm…

Oktyabr 1, 2008 Yazan nalab | KİV | , , , , , , , , , | No Comments Yet