Qəhrəmanlıq Salnaməsi
və ya əsas ermənini udmaqdır, qalanları boş söhbətdir
Ermənistandakı çempionat və Danimarkada keçirilən çempionatdan sonra məni bir sual çox maraqlandırır.
Biz hamımız, ən balacamızdan ən böyüyümüzə, yaşlımıza, müdrikimizə kimi Azərbaycan idmançılarının Ermənistan idmançıları üzərində qələbəsini az qala ölkədə bayram kimi qeyd edirik. Mətbuat da bu qəhrəmanlıq kimi dəyərləndirir.
Digər qələbələr isə sadəcə qələbədir. Hə bizimkilər də uddular. Əhsən!
Bəs bunun informasiya mübarizəsinə təsiri necədir? Bunu düşünən varmı? Axı indi informasiya əldə etmək çox asandır, Ermənistanda da Azərbaycan mətbuatı izlənilir.
Axı hər şeydə bir Kommunikasiya və PR strategiyası olmalıdır…. biz neçə illərdir ki, informasiya mübarizəsində zəif olduğumuz görürük.
Axı belə bir məsələ bizdə may ayında məşhur Avroviziya müsabiqəsindən sonra yaşandı.
P.S. Bu yaxınlarda hansısa verilişlərin birində istənilən münaqişədə informasiya müharibəsinin birinci, siyasi, iqtisadi, hərbi müharibənin isə yalnız ondan sonra sıralandığını eşitdim.
Nəticəni isə qoy hamımız təkrar-təkrar düşünərək çıxaraq.
Uğurlu PR gedişi
və ya tolerantların bayraq əməliyyatı
Ermənistanın paytaxtında keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatından Azərbaycan 5 medal gətirdi: 1 qızıl, 1 gümüş, 3 bürünc. Yaxşı göstəricidir. Nəzərə alsaq ki, bu müharibə rejimində yaşadığımız ölkədə qazanılan uğurdur, qələbənin dəyəri daha da artır.

Böyük Bayraqdar
Çempionatda iştiraka hərə bir cür münasibət göstərdi, bir cür etiraz etdi, amma bunlar qalsın bir yana.
Mən başqa bir şeydən danışmaq istəyirəm. Ermənistanın PR strategiyasından. Yenə deyirəm, informasiya mübarizəsindən Ermənistandan öyrənilməli çox şey var.
Düzdür, himn axıra kimi səslənmədi. Amma yəqin səslənmədi ona görə ki, Azərbaycanın birinci yer qazanacağına inam az idi.
Amma, amma diqqət çəkən başqa məqam. Övladlarına hələ beşikdə ikən, düşməninin kim olduğunu öyrədən millətin övladı Azərbaycanın bayrağını daşıdı. Bax budur bizim günlərdir fəxr qürurumuz, Ermənistan üçün isə bütün dünyaya tolerantlığı göstərən növbəti PR gedişi.
Bu gedişin Azərbaycana hələ çox xatırladılacağından qorxuram
-
Arxivlər
- Dekabr 2009 (1)
- Oktyabr 2009 (2)
- Sentyabr 2009 (5)
- Avqust 2009 (3)
- May 2009 (2)
- Fevral 2009 (1)
- Oktyabr 2008 (2)
- İyun 2008 (2)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər