NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Kim daha sürətlidir?

və yaƏcnəbi göydə balonlarda gəzir
Bizsə hələ avtomobil minməyiriz

Yazı maarifləndirmək niyyəti ilə yazıldığından müasir həris dünyanın ad çəkməməklə reklam etmək qanunundan imtina edilmiş və ad çəkilmişdir.

Təxminən bir il bundan öncə kifayət qədər müştəriləri olan Catv kabel televiziyasında profili sırf bədii filmlər olan kanallarda baxmağa maraqlı film axtararkən NTV paketinə daxil olan kanallardan birində sözün əsl mənasında mavi ekran gördüm. Bu mavi ekranın bir fərqi o idi ki, altından qaçan sətirlə dayanmadan nə isə yazılırdı. Diqqət edəndən sonra bu nə isənin təxminən aşağıdakı məzmunlu bir cümlə olduğunu gördüm: “Catv Azərbaycan Respublikasının maraqlarına zidd məzmunlu verilişlərin yayımlanmasının əleyhinədir. Buna görə də hazırda nümayiş etdirilən film yayımlanmır”. Cümlə tam yadımda qalmadığından dəqiqliklə yaza bilmədim.
Amma arada bir Azərbaycan Respublikasının əleyhinə məzmun olduğu yadda çıxanda film hərdən görsənirdi. Maraq güc gəldiyindən həmin kanalın veb saytına girib filmin nə barədə olduğu ilə maraqlandım. Sən demə bu erməni soyqırımına həsr olunmuş “Torağay Yuvası” (orijinalda adı: Masseria delle allodole, rusca: Гнездо Жаворонка) filmi imiş. Antonia Arslanın eyni adlı romanının motivləri əsasında çəkilib, italiyalı Paolo və Vittorio Taviani qardaşları tərəfindən səhnələşdirilib. Filmin çəkilməsində beş böyük ölkənin, Bolqariya, Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, əməyi keçib.
Yazılanlara görə film çəkilərkən Türkiyə tərəfi məsələdən xəbər tutub və etirazını bildirib. Bunun əvəzində Taviani qardaşları guya ki, filmin süjetini dəyişib əsas yeri türk cavan oğlanla erməni qızın sevgisini qoyublar. Amma yenə də mən burada məhəbbət hekayəsi görə bilmədim.
Taviani qardaşları italyan filminin klassikləri hesab edilirlər. Bir neçə mükafatlara da layiq görülüblər.
Film təsirli çəkilmişdi. Buna söz yox. Əgər mən azərbaycanlı olmasam və nələrin baş verdiyini anlamasam, film qurtaranda kövrələr türkləri cəllad, qaniçən, zorakı bir tarixə malik olan bir millət kimi tanıyardım. Deməli, məni və mənim kimi filmə baxan azərbaycanlıları çıxmaq şərtilə film digər ölkələrdə məqsədinə çatıb.
Bir nəfərə bu film haqqında danışıb, filmlərin hər zaman çox təhlükəli və təsirli silah olduğunu deyəndə mənə dediyi bu oldu: “Bilirsən necədir? Bu gün istənilən bir erməninin qapısını döyüb desən ki 2 dollar ver, soyqırımı haqqında film çəkirik, düşünmədən çıxarıb həmin məbləği verəcək, azərbaycanlıya desən ki 2 dollar ver başımıza gələnlər haqqında pul çəkirik, qapını üzünə vurub qışqıracaq ki, guya bilmirəm pulu yeməyə yığırsınız!”

Film güclü silahdır. Çox güclüdür. Elə axır vaxtlar Hollivudun çəkdiyi ciddi filmlərə baxanda hansısa qurumlara qarşı fikirlərin olduğu aydın müşahidə edilir. Propaqanda, ideologiyanın aşılanması filmlər vasitəsilə aparılır.
Biz isə hələ də kimin daha yaxşı rejissor olduğunu müzakirə edir, ya bir dəqiqəsi belə insan beyninə qarşı terrora bənzəyən filmlərə baxmağa məhkum olunmuşuq. Bu qədər çəkmişik, hələ də öyrənməmişik.

Bu da bir cəzadır çəkirik, passivist yanaşmaya görə.

Dekabr 16, 2009 Posted by | Filmlər | , , , , , , , , | 1 Şərh

Aradakı Bir Fərqi Tapın

və ya sadə sualı cavablandırın

Nəyə görə Səddam Hüseyn dərhal asılmaqla edam edildi, amma bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilən Radovan Karacic əla şərtləri olan Haaqa həbsxanasənda az qala bəsləməyə qoyulub və hələ məhkəməyə baykot da élan edə bilir?

Oktyabr 26, 2009 Posted by | Ritorik Suallar | , , , , | 1 Şərh

Qlobal İstiləşmə Məsələsi

Bir neçə il bundan əvvəl hər mətbu orqanın efirində, səhifələrində yer alan Qlobal İstiləşmə məsələsi deyəsən yavaş-yavaş kimlərəsə sərf etməməyə başlayıb. Bu məsələ o qədər aktual olmuşdu ki, hamı bu barədə danışırdı. Havalar bu il çox isti keçir, qlobal istiləşmədir, havalar bu il gec soyuyur qlobal itiləşmədir, havalar bu il yaman soyuqdur, qlobal istiləşmədir.

Amma deyəsən beynəlxalq ictimaiyyət oturub yaxşıca fikirləşibvə bu məsələnin artıq sərf etməfiyini görüb. Deyəsən qlobal istiləşmə məfhumu məqsədlərə çatmaqda rolunun öhdəsindən yaxşı gələ bilmədi. İndi onu mif adlandırırlar.

Bu gün 13.10.2009-dur və Rusiyanın İctimai Televiziyası Qlobal İstiləşmənin mif olduğu barədə bütün dünya alimlərinin fikir yürütdüyü veriliş yayımlayır.

Verilişdə bir neçə cümlə işlədilir:

  1. İnformasiya Sahəsi Elm üzərində qələbə çalır
  2. Qlobal İstiləşmə çox əlverişli məfhumdur ki, ondan imtina edilsin, bu sərf etmir
  3. Biaz hamımız propaqandanın qurbanıyıq, bu yaxşı maliyyələşdirilmiş bir məfhumdur, bu sənaye inkişafını istiməyənlərin uydurduğu bəhanədir.

Soyuq İnformasiya Müharibəsinin iyi gəlir.


Oktyabr 13, 2009 Posted by | KİV | , , , , , , | Bir şərh yazın

Qəhrəmanlıq Salnaməsi

və ya əsas ermənini udmaqdır, qalanları boş söhbətdir

Ermənistandakı çempionat və Danimarkada keçirilən çempionatdan sonra məni bir sual çox maraqlandırır.

Biz hamımız, ən balacamızdan ən böyüyümüzə, yaşlımıza, müdrikimizə kimi Azərbaycan idmançılarının Ermənistan idmançıları üzərində qələbəsini az qala ölkədə bayram kimi qeyd edirik. Mətbuat da bu qəhrəmanlıq kimi dəyərləndirir.

Digər qələbələr isə sadəcə qələbədir. Hə bizimkilər də uddular. Əhsən!

Bəs bunun informasiya mübarizəsinə təsiri necədir? Bunu düşünən varmı? Axı indi informasiya əldə etmək çox asandır, Ermənistanda da Azərbaycan mətbuatı izlənilir.

Axı hər şeydə bir Kommunikasiya və PR strategiyası olmalıdır…. biz neçə illərdir ki, informasiya mübarizəsində zəif olduğumuz görürük.

Axı belə bir məsələ bizdə may ayında məşhur Avroviziya müsabiqəsindən sonra yaşandı.

P.S. Bu yaxınlarda hansısa verilişlərin birində istənilən münaqişədə informasiya müharibəsinin birinci, siyasi, iqtisadi, hərbi müharibənin isə yalnız ondan sonra sıralandığını eşitdim.

Nəticəni isə qoy hamımız təkrar-təkrar düşünərək çıxaraq.

Sentyabr 29, 2009 Posted by | PR | , , , , | 3 Şərh

Uğurlu PR gedişi

və ya tolerantların bayraq əməliyyatı

Ermənistanın paytaxtında keçirilən  cüdo üzrə gənclər arasında Avropa çempionatından Azərbaycan 5 medal gətirdi: 1 qızıl, 1 gümüş, 3 bürünc. Yaxşı göstəricidir. Nəzərə alsaq ki, bu müharibə rejimində yaşadığımız ölkədə qazanılan uğurdur, qələbənin dəyəri daha da artır.

Böyük Bayraqdar

Böyük Bayraqdar

Çempionatda iştiraka hərə bir cür münasibət göstərdi, bir cür etiraz etdi, amma bunlar qalsın bir yana.

Mən başqa bir şeydən danışmaq istəyirəm. Ermənistanın PR strategiyasından. Yenə deyirəm, informasiya mübarizəsindən Ermənistandan öyrənilməli çox şey var.

Düzdür, himn axıra kimi səslənmədi. Amma yəqin səslənmədi ona görə ki, Azərbaycanın  birinci yer qazanacağına inam az idi.

Amma, amma diqqət çəkən başqa məqam. Övladlarına hələ beşikdə ikən, düşməninin kim olduğunu öyrədən millətin övladı Azərbaycanın bayrağını daşıdı. Bax budur bizim günlərdir fəxr qürurumuz, Ermənistan üçün isə bütün dünyaya tolerantlığı göstərən növbəti PR gedişi.

Bu gedişin Azərbaycana hələ çox xatırladılacağından qorxuram

Sentyabr 19, 2009 Posted by | PR | , , , , , , , | 3 Şərh

Açaram Sandığı, Tökərəm Pambığı

və ya Gen MMC sloqanını relallaşdırdı. Tikdi və iz qoydu

Azərbaycanın digər qanunları kimi bir dənə də Reklam qanunu var. Digər qanunlar kimi bu qanun da qəliz cümlələrlə doludur. Amma nəticə etibarilə nəyin qadağan olduğunu və nəyə icazə verildiyini başa düşmək olar.

Qanun olmağına var. Amma bu qanuna əməl edən qurumlar nə vəziyyətdədir? Müşahidələrim Media qurumlarından qanuna daha çox ANS-in əməl etdiyini göstərir. Digər qurumlarda isə sizdən və onlardan asılıdır. Daha doğrusu əksəriyyət “siz necə desəniz eləcə də olacaq” sözü ilə işləyir. İndiyə qədər bu işləmə prinsiplərini üzə çıxaran yox idi. Amma GEN MMC-nin rəhbəri Elbrus Əliyev hər şeyi də olmasa bəzi şeyləri dedi. Kimə nə qədər məbləğ verdiyini, kiminlə hansı şərtlərdə işlədiyini. Sağ olsun  Azadlıq radiosu bunun hamısını bir-bir yazdı. Oxumağa davam et

Sentyabr 13, 2009 Posted by | Biznes dünyası reallıqları | , , , , , , , , , | 2 Şərh

Müəllifi, Müəllifi!

və ya dövr dəyişsə də təbliğat silahı dəyişmir

1982-ci ildə məşhur ABŞ-ın məşhur Hollivudunda daha bir filmin istehsalı başa çatdırılır və kütləvi nümayişə çıxarılır.

Al Pacinonun baş rolunu ifa etdiyi filmin adı isə Mülləfi! Müəllifi (Author, Author!) adlanır. Film bir ssenaristin Brodveydə özü üçün çox vacib olan tamaşanın səhnələşdirilməsi ərəfəsində şəxsi həyatında qarşılaşdığı çətinliklərdən bəhs edir. Bu çətinliklər bir tərəfə qalsın filmdə hər bir azərbaycanlının diqqətini çəkəcək və müəyyən qədər də dərs ola biləcək bir məqam var.

Əsas qəhrəmanın adı Ivan Travaliandır.  Ivan Travalian xoşuna gəldiyi xanımla görüşə gedir və daha yaxından tanış olarkən özünü təqdim edir : “Yeddi yaşıma qədər mən erməni deyildim. Yeddi yaşım olanda məni bir erməni ailəsi oğulluğa götürdü və mən erməni oldum. Erməni doğulmurlar, erməni olurlar”.

Yenə xatırladım ki, bu sözlər 1982-ci ildə biz adına mavi ekran dediyimiz zaman ona çıxan filmdəndir.

Sentyabr 9, 2009 Posted by | Filmlər | , , , , , , | Bir şərh yazın

Bütün ili EUROVİSİON

və ya təkrar biliyin anasıdır

İctimai televiziyadan yenə də Eurovision 2009 yayımlanırdı. Neçənci dəfəsə. Robinzon demiş “опять про море”.

İndi uzaq görünən 90-cı illər yadıma düşdü. Onda biz bütün ölkəcə hələ Eurovision xəstəliyinə tutulmamış, milli TV-də Oqtay Əliyev, Murad Dadaşov kimi şou biznes, səhnə mədəniyyəti və preformans qanunlarını diqtə edən rəy liderləri hələ bu müsabiqədən o qədər də xəbərdar deyildilər və ağızdolusu danışmırdılar. Yəqin ona görə ki, hələ Qafqazdakı qonşularımızın heç biri bu müsabiqədə iştirak etmirdi və biz də  “qonşudan qalma geri” pirnispi ilə hərəkət etmirdik. Çoxlarımızın heç belə bir müsabiqənin mövcudluğundan belə xəbəri yox idi.

Eurovisiona gəldikdə isə onu ancaq Rusiyanın ОРТ-si (İctimai televiziya) və Türkiyənin TRT1-dən izləmək olurdu. O da ki, gecənin o saatında bir gözü açıq, bir gözü bağlı yarı baxmaq idi. Yuxu bəzi ifaçıları görməyə imkan vermirdi, kim-kimə neçə xal göndərir, onu da görmək olmurdu. O vaxt həmişə öz özümə sual verirdim:

  • axı niyə bu kanallardan heç biri müsabiqəni təkrar vermir?

İnternet də ki, bu qədər yayılmamışdı hələ. Növbəti gün radionu açıb oradan bəzi xəbərləri eşitmək ümidilə yaşayırdım.

İllər keçdi, hətta əsr də dəyişdi. Qafqazdakı qonşularımız Eurovisiona getdilər və biz də özümüzə sual verdik: “Axı o əjdahadan bizdə niyə yoxdu?”  Bu suala cavab verib biz də müsabiqədə iştirak üçün hazırlaşdıq və iştirak etdik. Birinci dəfədən ilk onluğa düşdük. Hətta Eurovisionu artıq ana dilimizdə milli televiziyadan izləməyə başladıq. Azarkeşlik etdik, dəqiqələri saydıq, səs göndərdik, qardaş ölkədən səs umduq. Müəyyən qədər qürurlandıq da. Müsabiqəni gecə yuxuya gedib izləyə bilməsək də, səhər təkrarına baxdıq. Öz aramızdır, elə o baxan da baxırıq. Bəlkə də biz müsabiqədə iştirak edən yeganə ölkəyik ki, növbəti ilin Eurovisionuna qədər bütün ili Eurovisiona baxırıq. Sual çıxır. Axı niyə? Cavab bəlkə təkrar biliyin anasıdır deyə, bəlkə səhvərimizi görək deyə, bəlkə bizim gözümüz önündə tarix yazılıb o tarixi unutmayaq deyə, bəlkə unutqan xalqıq bu çox önəmli hadisədir onun unudulmasını İctimai TV istəmir deyə.

Ya, ya da ki, İctimai televiziya efirində olan boş vaxtını heç nə ilə doldura bilmir. Bax bu əsil səbəbdir. Bu inandırıcı səbəbdir.

Sonunda hər bir TV öz malını satır. Düzdür ,İctimai televiziyaya dövlət büdcəsindən pul ayrılır. Amma yenə də onun da bir sifəti olmaldır. Axı əvvəl-axır uşaqlar da böyüyüb valideynlərinin əlinə baxmır. Axı köhnə malı müştəriyə nə qədər sırımaq olar. Axı insaf da yaxşı şeydir.

Sentyabr 3, 2009 Posted by | KİV | , , , | 4 Şərh