NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Sponsor Acgözlüyü

Uşaqlığımdan etibarən uzun müddətdir ki, Что? Где? Когда? oyununu izləyirəm. Rusiyada yaranan və parlaq zəkaların efir vasitəsilə, canlı yayımda, milyonların gözü önündə daha da parıldamasına əlverişli şərait yaradan bu veriliş milyonlarla insan kimi məni də maqnit tək cəlb edir. Kazinonu xatırladan dekorasiya, “insanın öz ağlı ilə pul qazana bildiyi yeganə kazino” neçə illərdir ki, tamaşaçılara insan məntiqinin nələrə qadir olduğunu nümayiş etdirir. Oyunun maraqlı olması üçün nələr edilmədi hətta bir ara pul əvəzinə əsil kazino fişkaları da oyuna daxil oldu.
Amma demək istədiyim bu deyil. Oyunu səhifələrlə tərifləmək. Arqument və əks arqumentlər gətirmək mümkündür. Mənim yazmaq və bölüşmək istədiyim isə Что? Где? Когда?-nın Azərbaycan versiyasıdır. Həqiqətən də Balaş Qasımovun etdiyi iş çox təqdirəlayiqdir. Hətta buna görə Balaş Qasımovun komandasına yağlı bir bravo da düşür. Amma məni bu oyuna baxarkən kədərləndirən sponsorların hər mümkün dərmə-deşiyi doldurmaq arzularıdır.
Gəlin bir fikir verək. Rusiyada yayımlanan Что? Гд?е Когда?da olan əsas gözə dəyən sponsorlar bilicilərin (знатоки sözünün bu tərcüməsi xoşuma gəlmir amma verirəm, versiyası olanı məmnuniyyətlə dinləyərəm) tərəfində telekommunikasiya, tamaşaçıların tərəfində bank sektoru çıxış edir, çay fasiləsində bir çay verilir, ən yaxşı oyunçuya kitab hədiyyə edilir, hal-hazırda maşın da hədiyyə edilir deyəsən, amma sözüm bunda deyil. Sözüm hər sponsorun nümayəndələrindən gedir. Rusiyada sponsorlardan bir nəfər nümayəndə iştirak edir verilişdə, sponsorun adı az yerdə gözə dəyir ki, bu da insanı qıcıqlandırmır.
Azərbaycanda da demək olar ki, eyni sponsorlar var, telekommunikasiya, bank, çay, kitab. Sponsorlara Azercell, Ata Holding, Pasha çay, Ali i Nino, AZEL, informasiya dəstəyi olaraq Day.az və s. daxildir. Gəlin bu sponsorların nümayəndələrinə bir nəzər salaq:
Ata Holding 3 nəfər (adları çəkilənlərdən)
Azercell 1 nəfər (adı çəkilənlərdən) + 1 kafedra
Kitab hədiyyə edən dükan 1 nəfər (gözədəyənlərdən)
Azercell-də bu nümayəndənin önündə dayanan üzərində Azercell yazılan kafedraya ehtiyac varmı? Və ya
Ata Holdingdən bir brend kifayət etməzdimi? Ata Sığorta, hətta reklam blokuna girən Excelsior artıq deyilmi? Burada 3 nəfər nümayəndəyə ehtiyac varmı?
Mən bir müddətdir ki bu suallara cavab axtarıram.
Müasir aləmdə şirkətlərin daha şüurlu şəkildə sponsorluq etməyə can atdıqları bir vaxtda bu verilişin az qala hər cümləsində sponsor adının çəkilməsi irəli yoxsa geriyə atılan addım kimi dəyərləndirilməlidir?
Hərdən mənə elə gəlir ki, Azərbaycanın intellektual Что Где Когда? Klubunun oyunçularının səviyyəsi yüksəldikcə sponsorları daha arxaya gedirlər.
Əgər sabah Azercell verilişə bir masa quraşdırıb arxasında əyləşsə, Ata Holding holdinqə daxil olan bütün müəssisələrini verilişə sponsor qismində cəlb etsə və nəticədə reklam blokları yalnız Ata Holdingin reklamları ilə dolsa mən təəccüblənmərəm.
Amma nə edim ki, həm verilişin yaradıcı komandasını, həm də şirkətləri başa düşürəm. Axı TOP MANAGEMENT pulları Kimə? Nəyə? Hara? xərclədiyini görməlidir.

Advertisements

İyun 17, 2008 - Posted by | Marketinq | , , , , , ,

14 Şərh »

  1. HA-LAL-DI 🙂

    Şərh tərəfindən bence | İyun 18, 2008 | Cavabla

  2. Tebrik edirem ilk blog sitene gore)

    Bu arada, yazdigin movzu son zamanin aktual bir hissesidir.

    Amma ozunde bilirsen ki, Azerbaycanda reklam her bir brendin esasi kimi qebul edilir… ona gore sene en esasi sebr ve ishlerinde ugurlar arzulayiram…

    Təşəkkürlər

    Şərh tərəfindən Farid M.Mammadov | İyun 18, 2008 | Cavabla

  3. 🙂

    Şərh tərəfindən nalab | İyun 18, 2008 | Cavabla

  4. znatok=coxbilmish ola biler belke de..

    maraqli movzu idi.. daha maraqlisi ise bu olardi ki, sponsor teshkilarlarin idare heyeti verilishde “znatok” qisminde cixish edib, ne qeder “agilli” olduqlarini numayish etdirsin.

    cavablari “tapa” bileceklerine eminem.

    yeni blogda ugurlar.

    Təşəkkür edirəm, yox qoy hələ sponsor kimi də iştirak etsinlər, yoxsa biabır olma təhlükəsi var 🙂

    Şərh tərəfindən administrasiya | İyun 19, 2008 | Cavabla

  5. keep the posts comin. Lovely style, brave ideas…So typical of you. My congrats!!! XXXXXXX

    Şərh tərəfindən Bridget Jones | İyun 19, 2008 | Cavabla

  6. Uje yeni blog görəndə sevinirəm e 🙂 Tez tez postlayın . Forumdan “iletişimci” olduğunuz hiss edilir. Maraqlı blog alınar ümid edirəm.
    Uğurlar!

    Təşəkkür ediərm, Vüsal bəy. İnşallah bloqun maraqlı və tez-tez ziyarət edilən olması üçün çalışacam

    Şərh tərəfindən Vüsal | İyun 19, 2008 | Cavabla

  7. ilk postun xeyirli olsun 🙂

    amma postuna cavabı almaq istəyirsənsə, ya http://www.day.az/forum/index.php?showtopic=71588 bura yazın, ən azı, verilişin baş redaktoru cavab verəsidir. Və ya sual@gametv.az, bu da, baş redaktorun e-poçtudur.

    Niyə ki? Bilici tam normal tərcümədir..

    Şərh tərəfindən ali | İyun 25, 2008 | Cavabla

  8. Mən dediklərimə alacağım cavabı indidən bilirəm ))

    Şərh tərəfindən nalab | İyun 25, 2008 | Cavabla

  9. Onda bizlə də paylaş… maraqlıdır 🙂

    Şərh tərəfindən dosent12 | İyun 26, 2008 | Cavabla

  10. Amma nə edim ki, həm verilişin yaradıcı komandasını, həm də şirkətləri başa düşürəm. Axı TOP MANAGEMENT pulları Kimə? Nəyə? Hara? xərclədiyini görməlidir.

    yəqin ki, postun sonunda qeyd edilən yuxarıdakı son cümləni oxudunuz. Hal-hazərda ölkədə sponsorluq deyiləndə verilişin əvvəlindən sonunadək sponsor adının çəkilməyini, az qala özünün də verilişdə nümayiş etdirilməyini istəyir. Verilişlərin də yaradıcı heyəti hələ ki, bu vəziyyətlə barışmağa məhkum olunmş kimidir.

    Şərh tərəfindən nalab | İyun 26, 2008 | Cavabla

  11. Azerbaycanda sirketler ne qeder reklam elemek olarsa eliyirler,isleri budu,burda da teeccublu hec ne yoxdu. Xaricileri izumuze etalon goturmeyek

    Şərh tərəfindən turalfot | İyul 1, 2008 | Cavabla

  12. Söhbət xariciləri etalon götürməkdə deyil, söhbət ondadır ki, yeri gəldi gəlmədi, necə oldu təki ad hallnasın. Beləliklə isə inkişaf etmək olmaz.

    Şərh tərəfindən nalab | İyul 1, 2008 | Cavabla

  13. Azerbaycanda sirketler ne qeder reklam elemek olarsa eliyirler,isleri budu,burda da teeccublu hec ne yoxdu. Xaricileri izumuze etalon goturmeyek
    Comment by turalfot | July 1, 2008

    Bir de ki lap xaricileri etalon götürürük,bu deqiqe dünyada inkişaf nece gedir?Gör-götür dünyası deyil beyem?Pis Pis işlere,exlaqsızlıqlara gelende xaricileri etalon götürürük,aqıllı fikir gelende yox?
    Ona göre ele bu gündeyik de…

    Şərh tərəfindən Emilien | İyul 8, 2008 | Cavabla

  14. Eger ruslar basqa cur edirse bu odemek deyil ki, onlar duz edirler ve bu en duz yoldu. Men cto,qde,koqdaya baxanda o reklamlar hec de meni narahat elemir,menimcun esas suallardi

    Şərh tərəfindən turalfot | İyul 9, 2008 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: