NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Ofisdə Qiyam

İnternedə gəzərkən Rusiyanın məşhur veb saytlarının birində aşağıdakı çarxa rast gəldim.

http://www.youtube.com/watch?v=X5WIjLxXZRE

Qəzəblənmiş ofis işçisi sağına, soluna baxmadan hər şeyi dağıdır, aləmi bir-birinə vurur. Çarxda əsəbləri tarıma çəkilən insanın edə biləcəkləri nümayiş etdirilir. İnternetdə çox məşhurlaşan bu çarx, hətta Rusiyanın İctimai və НТВ telekanallarında da nümayiş etdirilib. Bir sözlə Rusiya əhli işləyən adamın hisslərini cilovlamağı artıq bacarmayanda düşəcəyi hala baxaraq özünə şükür edib. Bu çarxı bütün dünya üzrə 11 milyon insanın seyr etdiyi bildirilir.
11 milyon insan bu çarxı WOM vasitəsilə bir az da məşhurlaşdırarkən çarxın tam versiyası işıq üzü görür:

http://www.youtube.com/watch?v=6FT7JEpkQf4&feature=related

Bu qədər insanın heç biri çarxa verdikləri rəydə onun virus reklamı olduğunu anlamayıb.
Wanted (Особо опасен) filminin yeni reklam kampaniyasının bir hissəsinə çevrilən bu çarxın rejissoru Timur Bekmambetovdur.
Adi reklam çarxlarının, film çarxlarının daha izlənmədiyi bir zamanda belə bir nəticəyə nail olmaq hər oğulun işi deyil.
Göründüyü kimi camaat reklamda, marketinqdə, PR da artıq yeni era yaşamağa başlayır. Bəs biz haradayıq?!

Advertisements

İyun 24, 2008 - Posted by | Marketinq | , , , , ,

6 Şərh »

  1. Hələ öz filmlərimizə, musiqimizə – opera, balet və s. hörmət olmayan yerdə “Bəs biz hardayıq?” kimi sualı vermək nə dərəcədə yerlidir?

    Şərh tərəfindən ali | İyun 24, 2008 | Cavabla

  2. ƏLi, inkişaf üçün ya haradansa başlamalıyıq, ya da heç başlamamalıyıq. Hal -hazırda sizin dediklərinizi özümüzə bəhanə kimi gətirib heç nədən başlamaq istəmirik

    Şərh tərəfindən nalab | İyun 24, 2008 | Cavabla

  3. Timur Bekmambetov çox savadlı bir rejissordu. Deməli həm də marketinqdən anlayışı varmış 🙂 Noçnoy Dozor-Dnevnoy Dozor filmlərinin müəllifidir.

    Ice Age-2in Eddie və Crash ilə çəkilən qısa roliklər sayəsində necə promote edildiyini gördüz yəqin ki.

    Bu izləyicilər arasında Wom elətdirməyin ən gözəl üsuludur. Virus marketinqi üçün hazır deyilik. Ali demiş xüsusilə sənətin dəyərini itirdiyimiz düşündükdə. Bizdə ancaq `səviyyəsiz` açıq-saçıqlıqlar viral marketinq materialına çevrilə bilir hələ ki. Heyf ki…

    Şərh tərəfindən Vüsal | İyun 25, 2008 | Cavabla

  4. Bu hadisə həm də bloqların rolunu vurğuladı

    Şərh tərəfindən nalab | İyun 25, 2008 | Cavabla

  5. Başlamaq istəmirik demə.. çoxluq, hamı deyil.. Keçən həftə Aqşin Əlizadənin iki baletinə baxdım, cəmisi 6 manata. İkincisi, “Ümid valsı” premyera idi.. 6-10 manata, və zalın ancaq parter hissəsi dolmuşdu.. Halbuki ondan bir neçə gün sonra hər ay göstərilən “Jizel” baletinə biletlər nə az, nə çox, 10 dəfə baha idi.. Heç nə demirəm, öz klassikamız, öz ədəbiyyatımızı, sən, mən qiymətləndirsək, o da tapılar.

    Şərh tərəfindən ali | İyun 25, 2008 | Cavabla

  6. Yadımdan çıxdı qeyd etmək ki, həmin “Jizel”ə qiymətlərin baha olması, tək bir rus professional balerinanın ifasına görə idi.. TV-də reklam da gedirdi.. Amma öz baletimiz haqda məlumatı ancaq afişaya gedib baxmaq, ya da zəng eləmək lazımdır. Bir ideya verim sənə? Bəlkə bloqunda afişa qoyasan? 😉

    Şərh tərəfindən ali | İyun 25, 2008 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: