NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Fərqli bir Element və Siz Qalibsiniz!

Professional sözünü hərə bir cür yoza, təsvir edə bilər. Amma burda hamını birləşdirən bir cəhət var. Çünki kimin bu sözü necə təsvir etməsindən asılı olmayaraq, hamı sonda işinin öhdəsindən gözəl gələn bir insanı və ya qurumu sizə misal olaraq gətirəcəkdir.
Bu gün Azərbaycanın media aləmində hansı qurumu professional adlandıra bilərik. Daha da konkretləşdirmək üçün medianın bir vasitəsi olan radioları misal verəcəyəm.
Yəqin ki, hər biriniz səhər-səhər işə, dərsə, fərqi yoxdur harasa gedəndə radio dinləmisiniz. Sizi bilmirəm, amma mən səhər-səhər yerli radioları dinləyərkən əsəblərimin gərildiyini hiss edirəm. eyni danışıq tərzi, eyni mahnılar, eyni zəngimcell-lər adamı lap cana-boğaza yığır. Hələ xəbərlərin oxunuş tərzini demirəm, adamın ağlı o qədər xəbəri oxuyanın əndrabadi səsinə gedir ki, oxuduğu xəbərin nə haqqda olduğu tamamilə beyninə batmır. Radio jockeylərin danışıq tərzləri ayrı bir əhvalatdır. Bizim radiolar da digər media vasitələri kimi professionallıqdan uzaq çalışır. Adətən belə olanda “bizimkilər nə bilirlər e” deyirik.
Amma nə yaxşı ki, belə düşünməyə bizə imkan verməyən digər qurumlar da var.
Elə bu yaxınlarda çirkli FM dalğasında ağ qarğa kimi görünən Azadlıq radiosuna baxaq. Orada işləyən azərbaycanlılar həqiqətən də məndə qüruru hissləri doğurur. Tək xəbər oxumaq, gözəl mətn yazmaq tərzləri, yerində sualları ilə deyil, həm də MALLARINI SATMAQ BACARIĞI İLƏ. Bəli, MALLARINI SATMAQ BACARIĞI İLƏ. Bax onlardır əsl istehlakçılarının damarını tutanlar. Mən Azadlıq radiosunun sloqanını “beynin mənəvi qidası” şəklində verərdim. Çünki onlar doğurdan da beyin qidalandırırlar.
Məni bu yazıya ruhlandıran, onları professional satış mütəxəssisi hesab etməyimin səbəbini isə indi açıqlayacağam.
Adi günlərin biri idi, kompyuterin önündə əyləşmişdim, həmişəki kimi online radio öz işində idi. Mövzu da maraqlı idi, Azərbaycanda tenderlər barədə, bu sahədə işlər, inhisarlar, böyük layihələri udan nizamnaməsində isə rəsmən 6 nəfər işçisi olan şirkətlər və s. Amma hansına işə başım elə qarışmışdı ki, heç cürə diqqətimi tam olaraq reportaja cəmləyə bilmirdim. Deyəsən təcrübəli satıcılar bunu hesaba almışdılar. Diqqətimin tam olaraq radiodan yayınmasına bir neçə saniyə qalmış onlar tender sahəsindəki inhisarı, klanlaşmanı Nino Rottanın Xaç Atası filmi üçün yazdığı və mafia haqqında Mario Pyuzo və Frensis Ford Koppolanın bu şah əsərinin əsas soundtracklərindən olan bir musiqi ilə ifadə etdilər. Bu musiqi mənim beynimə səhər məni yuxudan oyatmağa çalışan zəngli saatdan da iti təsir etdi və öz sahəsini orda ələ aldı. Bir neçə saniyəlik musiqi bütün reportajın mesajnı tam aydın şəkildə diqqətə çatdırdı.

Bax budur professionalıq, budur malını satmaq, budur mesajı istehlakçıya düzgün çatdırmaq. Belə olan təqdirdə istehlakçı səni mütləq tapacaq, hətta artıq çoxdan heç kimin baş çəkmədiyi, Wallmart-ın yanında kiçik baqqal dükanına bənzəyən, SW dalğasında belə. Yetər ki sən müştərini almağa təhrik edəsən.

Advertisements

Fevral 3, 2009 - Posted by | KİV | , , , , , , ,

7 Şərh »

  1. Siz qeyd etdiyiniz o fərqli “изюминка” nı da tutmaq üçün adamda professionallıq gərək olsun. Çünki dizaynerin yaratdığı, misal üçün adi və sadə bir logo əslində arxasında böyük məna gizlədə bilər və bunu anlamaq üçün gərək auditoriya da professional olsun. Yaxşı olacaq….

    hörmətlə….

    Şərh tərəfindən maNIKA | Fevral 4, 2009 | Cavabla

  2. Əslində auditoriya hal-hazırda “nə verirlər onu da yeyir”. Başqa bir şey yoxdur, həm onun fikri soruşulmur, həm də və ən əsası REYTİNQ=Gəlir=PUl itirmək qorxusundan heç bir media qurumu eksperiment və yeniliyə can atmır. Kabel televiziyalarının və peyk antennalarının məşhurluğunun artması da bundan irəli gəlir.
    Bu arada Bloqa da xoş gəlmişsiniz. Gözümüz üstə yeriniz var

    Şərh tərəfindən nalab | Fevral 4, 2009 | Cavabla

  3. Cox sag olun. Teshekkur edirem 🙂
    Men bir az sehv etdim, umumi yazdim. Eslinde auditoriyadan fikirler sorushulur amma teessuf ki, umumi olmur – derinine sorushulmur. Belke de bir az da bu eksperiment ve yenilik etmeyi durdurur. Burdan da ele siz deyene gelib chixir ki, yeniliye ehtiyac yoxdu 😀

    Şərh tərəfindən maNIKA | Fevral 4, 2009 | Cavabla

  4. Men sizle rasilasmazdim ki azadliq radiosu malini satmaqi bacarir duzdu peshekardirlar ama ! malini satan diger media qurumlaridir. Beli onlar satishla mesquldurlar ekser azerbaycanli kimi onlarin rehberleri ishcileri de alver mentiqi ile ishleyir.Teleb teklifi deyerlendirib ona gore davranirlar. Xalq bu gun serial isteyir, satirlar, xalq bu gun hansisa mugenninin evinin icini , skafdaki paltarini gormek isteyir, satirlar, xalq tamasha gormek isteyir, dava dalash intriqa sehnesi gormek isteyir satirlar !
    Azadliq ise derrakeli, shuurlu insanlara unvanlanib. Onlar da satsaydilar indi “Azadliq” baglanmazdi

    Şərh tərəfindən Ali Resh | Fevral 4, 2009 | Cavabla

  5. Bu nöqtədə də mən sizinlə raxılaşmayacağam ki, xalq istədiyini görə yuxarıda qeyd etdiklərini satırlar. Deyəsən Henry Fordun sözü idi ki, insanlardan nə istədiklərini soruşsa idim, cavabları ancaq çox sürətlə qaçan at olardı. Xalq bu gün başqa bilmir nə istəsin, çünki ona ancaq bu satılır. Təsəvvür edin, ölkədə ancaq gecə paltarları satılır, başqa heç nə yox, təbii ki, buna öyrənmiş istehlakçı başqa bir şeyi heç ağlına da gətirmir

    Şərh tərəfindən nalab | Fevral 5, 2009 | Cavabla

  6. Düzü o anı yaşamamış mühakimə yürütmək çətindir. Amma təsvirdən bu `tryuk` heç də fövqəladəymiş kimi gəlmədi. Amma yenə deyirəm o anı yaşamadan mülahizə yürütməyə çəkinirəm.

    O ki qaldı mediamızın yeknəsək və şablon olmasına. Hamısı peşəkarlığın ölməsindən irəli gəlir. Həvəskar jokeylərdə isə `həvəskarlıq ruhu` çatışmır. Çünkü bir işi ideal şəkildə görmək üçün peşəkarlıq şərtdir. Amma xoşagələn olması üçün o ruhu duymaq yetərli olur.

    Bu satmaq məsələsi ilə bağlı bizdə imic mənfidir. Necə ki, türklər `kendini pazarlamaya` pis baxır. Əslində isə özünü sata bilmək bir istedaddır. Digər mediaların etdiyi isə özünü sırımaqdır. Onlar populyar mədəniyət üzərində yaşayırlar.

    Azərbaycanda NTV, TVnet, CNNTürk kimi səviyəli medianın vaxtı çatıb. Çünkü sovet dövrünün `quru` mediasından bezən xalq əyləncəyə yönəldi. Sonra maqazin mediası yüksəldi və hazırda da zirvədədi.

    Nəhayət ki, səviyəyə uyğun olaraq bundan bezənlər və ikrah duyanlar var. Onların ehtiyacını ödəmək lazımdı. Son mərhələ isə formalaşan “səviyəli izləyici, dinləyici və oxucu”nun mənfəət gətirən bir kütlə olmasıdır. Onun da tamamlanmasına az qalıb.

    Şərh tərəfindən Vüsal | Fevral 5, 2009 | Cavabla

  7. Elə məsələ fövqəladə olmamasındadır həm də, yəni hamı bunu bilir, amma hamı bunu tətbiq etmir. Amma tətbiq edən təsir edir, yadda qalır və istehlakçı qazanır 🙂

    Şərh tərəfindən nalab | Fevral 5, 2009 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: