NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Onlar üçün nələr edilmədi?

Onlar üçün nələr edilMƏDİ?

Adətən bu ifadə edilənləri daha da bədiilik qatmaq üçün işlədilir. Amma bu sualla indi  həqiqətən edilməyənləri göstərməyə çalışacağam.

  1. Onlar üçün matəm elan edilmədi
  2. Onlara psixoloji yardım edilmədi
  3. Onların xatirinə magistr pilləsinə imtahanlar təxirə salınmadı
  4. KİV onlar üçün xüsusi heç nə etmədi
  5. Onların ölümünün 11-ci günündə “Müqəddəs Gül Bayramı” təxirə salınmadı

………………………………………………………….

………………………………………………………….

………………………………………………………….

Nöqtələr siyahının çox uzana biləcəyini göstərir. Nələr edilmədi?

Qorxuram, çox qorxuram ki, zamanla bu siyahı çox uazanacaq….

May 9, 2009 Posted by | İctimaiyyət | , | 1 Şərh

ONLAR BÖYÜDÜLƏR

ONLAR BÖYÜDÜLƏR

ADNA-da baş verənlər hamını sarsıtdı. Çox sarsıtdı. Bu sarsıntı o dərəcədə idi ki, hətta illərdir heç nəyin maraqlandıra bilməyəcəyi, heç nəyi nəyin ayağa qaldıra bilməyəcəyi, yaşlı nəslin daim qınaq obyekti olan tələbələri ayağa qaldırdı. Çünki baş verən faciə onların faciəsi idi. Çünki onların gəncliyini, tələbəliyini əllərindən almışdılar.

Onlar böyüdülər, haqqlarını tələb etdilər….

01.05.2009 tarixində, faciədən cəmi 1 gün sonra tələbələrin mitinqi isə 1988-ci il mitinqlərindən sonra təkəbələrin ilk mitinqi idi. Onlar haqqlarını tələb edirdilər. matəm istəyirdilər, amma biz onlara matəm vermədik. Bu mitinq nə hakimiyyət uğrunda mitinq idi, nə boykot minitqi deyildi. Bu tələbə qəlbinin, beyninin etirazi, üsyanı idi. Bu OYANAN ruhun inqilabı idi. Nəticəsiz oldu, amma irəli addım oldu. Onlar təslim olmadılar, onlar divarları yazdılar, sonradan pozulma göstərişi verilsə də.

Onlar yuxudan oyandılar, onları oyatdılar, lakin onlar yenə başlarını qoyub yatmadılar yuxudan oyandılar.

Mən onların qarşısında baş əyirəm. vətəndaş kimi də üzr istəyirəm, çünki mən vaxt edib onların dərdinə şərik olmadım, bir dəstə qərənfili faciə yerinə aparmadım.

May 5, 2009 Posted by | İctimaiyyət | , , , , , , , | 1 Şərh