NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Media Sapiens – Сергей Минаев

Media Sapiens – Сергей Минаев

Kitabın əvvəl ikinci, sonra birinci hissəsini oxumuşdum. Bəlkə də ayaqbaş başladığıma görə ilk əvvəl məna mənə çatmamışdı Amma həqiqətən də PR, Media, Marketinq və ümumiyyətlə Kommunikasiya sahəsində çalışanlar üçün “oxumağa dəyər” deyilə biləcək kitablardandır.

Kitabın birinci hissəsinin epiqrafı Hitlerdəndir: “Danışdığın yalan nə qədər dəhşətlidirsə, sənə bir o qədər çox inanacaqlar. Sıravi insanlar balaca yalandan daha çox böyük yalanlara inanırlar. Bu onların primitiv qəlblərinə uyğundur. Onlar bilirlər ki, balaca yalana özləri də qadirdilrlər, amma böyük yalan danışmağa utanacaqlar. Böyük yalan sadəcə olaraq onların ağıllarına gəlməyəcəkdir. Məhz buna görə də kütlə başqasının da dəhşətli yalan danışmağa qadir olduğunu təsəvvür belə edə bilmir. Hətta onlara kimsə söhbətin dəhşətli yalandan getdiyini başa salsa, onlar yenə də bu kimsənin anlatdığına şübhə ilə yanaşacaq və yəqin ki, burada heç olmasa bir balaca doğrunun olduğunu düşünəcəklər.”

Əslində bu sözlər kütləni idarə etməyin ana üsulunu göstərir.

Əsərdə KİV-in insanlara təsiri qabardılır. KİV-dən insanları yönəltmək, fikir formalaşdırmaq üçün istifadə etməyin yolları göstərilir.

Ən yadda qalan hissələrdən biri:

Ümumiyyətlə onların (insanlar nzərdə tutuıur) hər birinin öz qəlbi var idi. Onları bir şey birləşdirirdi – evinə daxil olan hər kəs yarım saat və ya daha az müddətdə ya televizor, ya radio yandırır, ya da ki, internetə girirdi.   Bu an onlar artıq individium olmur, auditoriya olurdu. Bu qədər müxtəlif, öz qayğıları olan, ayrı inamı olan, başqa-başqa dinlərin, dillərin, millətlərin nümayəndələrini – MEDİA birləşdirirdi.

Doğurdan da MEDİA güclü silahdır. İstər ənənəvisi olsun, istərsə də qeyri ənənəvisi.

Advertisements

Avqust 28, 2009 - Posted by | Kitablar | , , , , ,

1 Şərh »

  1. Əlbəttə media cəmiyyətdə fikir formalaşdıran, ictimai rəy yaradan əsas ünsürlərdən biridir. Ona görə də KİV mükəmməl şəkildə idarə olunmalıdır.

    Şərh tərəfindən by.bence | Sentyabr 2, 2009 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: