NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Bütün ili EUROVİSİON

və ya təkrar biliyin anasıdır

İctimai televiziyadan yenə də Eurovision 2009 yayımlanırdı. Neçənci dəfəsə. Robinzon demiş “опять про море”.

İndi uzaq görünən 90-cı illər yadıma düşdü. Onda biz bütün ölkəcə hələ Eurovision xəstəliyinə tutulmamış, milli TV-də Oqtay Əliyev, Murad Dadaşov kimi şou biznes, səhnə mədəniyyəti və preformans qanunlarını diqtə edən rəy liderləri hələ bu müsabiqədən o qədər də xəbərdar deyildilər və ağızdolusu danışmırdılar. Yəqin ona görə ki, hələ Qafqazdakı qonşularımızın heç biri bu müsabiqədə iştirak etmirdi və biz də  “qonşudan qalma geri” pirnispi ilə hərəkət etmirdik. Çoxlarımızın heç belə bir müsabiqənin mövcudluğundan belə xəbəri yox idi.

Eurovisiona gəldikdə isə onu ancaq Rusiyanın ОРТ-si (İctimai televiziya) və Türkiyənin TRT1-dən izləmək olurdu. O da ki, gecənin o saatında bir gözü açıq, bir gözü bağlı yarı baxmaq idi. Yuxu bəzi ifaçıları görməyə imkan vermirdi, kim-kimə neçə xal göndərir, onu da görmək olmurdu. O vaxt həmişə öz özümə sual verirdim:

  • axı niyə bu kanallardan heç biri müsabiqəni təkrar vermir?

İnternet də ki, bu qədər yayılmamışdı hələ. Növbəti gün radionu açıb oradan bəzi xəbərləri eşitmək ümidilə yaşayırdım.

İllər keçdi, hətta əsr də dəyişdi. Qafqazdakı qonşularımız Eurovisiona getdilər və biz də özümüzə sual verdik: “Axı o əjdahadan bizdə niyə yoxdu?”  Bu suala cavab verib biz də müsabiqədə iştirak üçün hazırlaşdıq və iştirak etdik. Birinci dəfədən ilk onluğa düşdük. Hətta Eurovisionu artıq ana dilimizdə milli televiziyadan izləməyə başladıq. Azarkeşlik etdik, dəqiqələri saydıq, səs göndərdik, qardaş ölkədən səs umduq. Müəyyən qədər qürurlandıq da. Müsabiqəni gecə yuxuya gedib izləyə bilməsək də, səhər təkrarına baxdıq. Öz aramızdır, elə o baxan da baxırıq. Bəlkə də biz müsabiqədə iştirak edən yeganə ölkəyik ki, növbəti ilin Eurovisionuna qədər bütün ili Eurovisiona baxırıq. Sual çıxır. Axı niyə? Cavab bəlkə təkrar biliyin anasıdır deyə, bəlkə səhvərimizi görək deyə, bəlkə bizim gözümüz önündə tarix yazılıb o tarixi unutmayaq deyə, bəlkə unutqan xalqıq bu çox önəmli hadisədir onun unudulmasını İctimai TV istəmir deyə.

Ya, ya da ki, İctimai televiziya efirində olan boş vaxtını heç nə ilə doldura bilmir. Bax bu əsil səbəbdir. Bu inandırıcı səbəbdir.

Sonunda hər bir TV öz malını satır. Düzdür ,İctimai televiziyaya dövlət büdcəsindən pul ayrılır. Amma yenə də onun da bir sifəti olmaldır. Axı əvvəl-axır uşaqlar da böyüyüb valideynlərinin əlinə baxmır. Axı köhnə malı müştəriyə nə qədər sırımaq olar. Axı insaf da yaxşı şeydir.

Advertisements

Sentyabr 3, 2009 - Posted by | KİV | , , ,

4 Şərh »

  1. Avrovijin, Avroviziya və nəhayətdə hələ də adını öz dilimizə uyğunlaşdıraraq ifadə edə bilmədiyimiz Eurovision məsələsinə gəldikdə yəqin ki, bu bizim cəmi 1 dəfə 3-lüyə düşməyimizdən irəli gəlir. Tarix bir dəfə yazılar 1000 dəfə təkrarlanar prinsipilə yaşayırıq. Necə ki, hələ də Nizamilərlə Füzulilərlə təsəlli tapırıq yəqin bu da onlardan biridir.
    Həqiqətlə barışmalıyıq bizim “National Geografik“ə çatmağımıza hələ var…

    Şərh tərəfindən by.bence | Sentyabr 4, 2009 | Cavabla

    • Çoooox, olduqca çox var

      Şərh tərəfindən nalab | Sentyabr 4, 2009 | Cavabla

  2. Çox maraqlı yazıdır, thought-provoking… Xüsusən də Avroviziya erasından əvvəlki Azərbaycan televiziyası yadıma düşdü – indi fikir verirəm ki, o vaxt ekranlarda siyasi, ictimai və sosial verilişlər xeyli çox idi, hətta söz azadlığı baxımından xeyli irəli idilər. Məncə bütün bu biabırçı çal-çağır rəhmətlik ABA kanalından başladı. Burada deyiblər e – igid ölər, yurdu qalar…

    Şərh tərəfindən ljmaximus | Sentyabr 6, 2009 | Cavabla

  3. Yeri gəlmişkən dünən yenə İctimai televiziya öz repetuarında idi. Yenə Avroviziya, yenə mahnılar…
    ABA çal-çağırın əsasını qoydu, amma davamını ATV gətirdi. Bunlar bir yana qalsın heç olmazsa biinir ki, hansı məzhəbə qulluq edirlər. Axı İctimai televiziyanın missiyası başqadır. Ya da bizə elə gəlir ki, başqadır.

    Şərh tərəfindən nalab | Sentyabr 7, 2009 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: