NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Uğurlu PR gedişi

və ya tolerantların bayraq əməliyyatı

Ermənistanın paytaxtında keçirilən  cüdo üzrə gənclər arasında Avropa çempionatından Azərbaycan 5 medal gətirdi: 1 qızıl, 1 gümüş, 3 bürünc. Yaxşı göstəricidir. Nəzərə alsaq ki, bu müharibə rejimində yaşadığımız ölkədə qazanılan uğurdur, qələbənin dəyəri daha da artır.

Böyük Bayraqdar

Böyük Bayraqdar

Çempionatda iştiraka hərə bir cür münasibət göstərdi, bir cür etiraz etdi, amma bunlar qalsın bir yana.

Mən başqa bir şeydən danışmaq istəyirəm. Ermənistanın PR strategiyasından. Yenə deyirəm, informasiya mübarizəsindən Ermənistandan öyrənilməli çox şey var.

Düzdür, himn axıra kimi səslənmədi. Amma yəqin səslənmədi ona görə ki, Azərbaycanın  birinci yer qazanacağına inam az idi.

Amma, amma diqqət çəkən başqa məqam. Övladlarına hələ beşikdə ikən, düşməninin kim olduğunu öyrədən millətin övladı Azərbaycanın bayrağını daşıdı. Bax budur bizim günlərdir fəxr qürurumuz, Ermənistan üçün isə bütün dünyaya tolerantlığı göstərən növbəti PR gedişi.

Bu gedişin Azərbaycana hələ çox xatırladılacağından qorxuram

Advertisements

Sentyabr 19, 2009 - Posted by | PR | , , , , , , ,

3 Şərh »

  1. Başqa bir maraqlı məqam – medalların lenti ermənistan bayrağının rənglərini əks etdirirdi. Və təsəvvür edin – Azərbaycanlılar Yerevanda qalıb gəliblər, himn çalınır, sevinə sevinə Bakıya gəlirlər və bütün bu müddət ərzində boyunlarında Ermənistanın bayrağı ;)))

    Şərh tərəfindən ljmaximus | Sentyabr 21, 2009 | Cavabla

  2. 🙂 Doğrudur, bu məqam mənim də diqqətimi çəkmişdi. Əslində çox xırda, amma diqqət tələb edən məsələdir

    Şərh tərəfindən nalab | Sentyabr 21, 2009 | Cavabla

    • Necə ki deyirlər, iblis detallarda 🙂

      Şərh tərəfindən ljmaximus | Sentyabr 24, 2009 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: