NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Kim daha sürətlidir?

və yaƏcnəbi göydə balonlarda gəzir
Bizsə hələ avtomobil minməyiriz

Yazı maarifləndirmək niyyəti ilə yazıldığından müasir həris dünyanın ad çəkməməklə reklam etmək qanunundan imtina edilmiş və ad çəkilmişdir.

Təxminən bir il bundan öncə kifayət qədər müştəriləri olan Catv kabel televiziyasında profili sırf bədii filmlər olan kanallarda baxmağa maraqlı film axtararkən NTV paketinə daxil olan kanallardan birində sözün əsl mənasında mavi ekran gördüm. Bu mavi ekranın bir fərqi o idi ki, altından qaçan sətirlə dayanmadan nə isə yazılırdı. Diqqət edəndən sonra bu nə isənin təxminən aşağıdakı məzmunlu bir cümlə olduğunu gördüm: “Catv Azərbaycan Respublikasının maraqlarına zidd məzmunlu verilişlərin yayımlanmasının əleyhinədir. Buna görə də hazırda nümayiş etdirilən film yayımlanmır”. Cümlə tam yadımda qalmadığından dəqiqliklə yaza bilmədim.
Amma arada bir Azərbaycan Respublikasının əleyhinə məzmun olduğu yadda çıxanda film hərdən görsənirdi. Maraq güc gəldiyindən həmin kanalın veb saytına girib filmin nə barədə olduğu ilə maraqlandım. Sən demə bu erməni soyqırımına həsr olunmuş “Torağay Yuvası” (orijinalda adı: Masseria delle allodole, rusca: Гнездо Жаворонка) filmi imiş. Antonia Arslanın eyni adlı romanının motivləri əsasında çəkilib, italiyalı Paolo və Vittorio Taviani qardaşları tərəfindən səhnələşdirilib. Filmin çəkilməsində beş böyük ölkənin, Bolqariya, Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, əməyi keçib.
Yazılanlara görə film çəkilərkən Türkiyə tərəfi məsələdən xəbər tutub və etirazını bildirib. Bunun əvəzində Taviani qardaşları guya ki, filmin süjetini dəyişib əsas yeri türk cavan oğlanla erməni qızın sevgisini qoyublar. Amma yenə də mən burada məhəbbət hekayəsi görə bilmədim.
Taviani qardaşları italyan filminin klassikləri hesab edilirlər. Bir neçə mükafatlara da layiq görülüblər.
Film təsirli çəkilmişdi. Buna söz yox. Əgər mən azərbaycanlı olmasam və nələrin baş verdiyini anlamasam, film qurtaranda kövrələr türkləri cəllad, qaniçən, zorakı bir tarixə malik olan bir millət kimi tanıyardım. Deməli, məni və mənim kimi filmə baxan azərbaycanlıları çıxmaq şərtilə film digər ölkələrdə məqsədinə çatıb.
Bir nəfərə bu film haqqında danışıb, filmlərin hər zaman çox təhlükəli və təsirli silah olduğunu deyəndə mənə dediyi bu oldu: “Bilirsən necədir? Bu gün istənilən bir erməninin qapısını döyüb desən ki 2 dollar ver, soyqırımı haqqında film çəkirik, düşünmədən çıxarıb həmin məbləği verəcək, azərbaycanlıya desən ki 2 dollar ver başımıza gələnlər haqqında pul çəkirik, qapını üzünə vurub qışqıracaq ki, guya bilmirəm pulu yeməyə yığırsınız!”

Film güclü silahdır. Çox güclüdür. Elə axır vaxtlar Hollivudun çəkdiyi ciddi filmlərə baxanda hansısa qurumlara qarşı fikirlərin olduğu aydın müşahidə edilir. Propaqanda, ideologiyanın aşılanması filmlər vasitəsilə aparılır.
Biz isə hələ də kimin daha yaxşı rejissor olduğunu müzakirə edir, ya bir dəqiqəsi belə insan beyninə qarşı terrora bənzəyən filmlərə baxmağa məhkum olunmuşuq. Bu qədər çəkmişik, hələ də öyrənməmişik.

Bu da bir cəzadır çəkirik, passivist yanaşmaya görə.

Advertisements

Dekabr 16, 2009 - Posted by | Filmlər | , , , , , , , ,

1 Şərh »

  1. Bu kimi cəzaları nə vaxta qədər çəkəcəyik?

    Şərh tərəfindən BenCe | Yanvar 5, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: