NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Bakı Sebastian Burgerin Obyektivi İlə

və ya
Obyektiv fotoqrafın obyektivinin tutduqları
Qərbin müəyyən dəyərləri mənim üçün çox heytrətamizdir. Bunlara daha çox 2 məqamı aid edirəm ki, onlar da aşağıdakılardan ibarətdir:
• İşə ürəyini qoymaq və ona yanaşma tərzi
• İstirahət günlərini keçirmə və ümumiyyətlə həftə sonu anlayışına yanaşma tərzi

Keçən həftənin bazar günü mən də belə maraqlı həftə sonlarından birini keçirdim. İstirahət günü mənim üçün ox məhsuldar keçdi. Ən azı həm də ona görə ki, gəlib evimizdə yhaşayıb, çörəyimizi yeyib, suyumuzu içən və yuxarıda qeyd etdiklərimlə məni heyrətə gətirən əcnəbi qardaşlarımızın bizim haqda nə düşündüklərinin əyani şəkildə şahidi oldum.
British Council bu dəfə də öz ənənələrinə sadiq qalaraq növbəti mədəni aksiyanı reallaşdırırdı. Bu dəfəki, mədəni qəhrəman isə Urban Changes layihəsi ilə Almaniyadan olan qonağımız Sebastian Burger idi. Professional Fotoqraqf olan Sebastuan Burgerin Bakıda keçirdiyi son 3 ayda çəkdiyi foto rəsmlərə baxmaq üçün bizlərə göndərilən dəvətnamədə deyilirdi ki, qəhrəmanımız hətta bakılılara belə tanış olmayan yerlərdən rəsmlər çəkib. Düzdür mənə tanış olmayan yerlər var idi.
Tədbir başladı. Əksəriyyəti əcnəbilər və əcnəbiləşmiş azərbaycanlıların təşkil etdiyi tədbirdə yenə də dincəlməkləri ilə əcnəbilər seçilirdilər.
Nəhayət ki, fotoqraf öz əl işlərinin təqdimatına başladı. Təqdimatda ilk olaraq Bakı şəhərinin xəritəsi nümayiş etdirilirdi. Bakının keçmişdən mövcud olan, indi isə yalnız xatirələrdə və şəkillərdə qalan tarixi yerləri bu xəritədə başqa rənglə göstərilirdi. Getdikcə isə bu ərazilər elə hey kiçilirdi, axır ki onlardan kiçik bir ada qaldı. Layihəsinin adı Urban Changes olduğundan fotoqraf ancaq köhnə və yeni tikililərin fərqini göstərmişdi. Amma göstərmək var və GÖSTƏRMƏK VAR. Sebastian müəllimin göstərdikləri mənim üçün tük ürpədici gəldi. Çünki o, iti fotoqraf gözü ilə qədim binaların necə eybəcər hala salındığını, yeni div adlana biləcək göydələnləri, plana gedəcək gözəl binaları, yeni penthauslar arasında taxtadan və kartondan divarlar arasında yaşayan ailələri, pəncərələri və qapıları tutulub hamama çevrilmiş, içərisi kif tutmuş amma hamam adlanan binaları, sanitar və təmir göstəriciləri minimum dərəcədə olan dövlət himayəsində olan uşaq bağçalarını bizə göstərirdi. Müəyyən satirik atmacalarla müşayiət olunan bu təqdimat zamanı periodik olaraq tarixi tikililərin azaldığını göstərən xəritə nümayiş erdirilirdi. Bir patriot kimi Sebastian Burger əsasən Azərbaycanda olan alman tikililərini daha çox çəkmişdi. Bu binaların içini və çölünü nəyi bacarmışdısa ətraflı göstərmişdi. Məncə təqdirəlayiq hərəkətdir.
Amma bütün tədbir boyu mənə bir məqam daha çox toxundu. Fotoqraf çox gözəl arxitekturası ilə seçilən, yüz ildən çox yaşı olan bir bina göstərdi və bu binanın da plana düşdüyünü qeyd etdi, sonar isə belə bir ritorik sual verdi “Mən başa düşə bilmirəm, belə gözəl bir binanı necə sökmək olar?”
Mən də bilmirəm belə gözəl binanı dağıtmağa necə əl gəlir, amma indi bir şeyi bildim, Bakı kənardan, xarici ictimaiyyətin gözlərində necədir.

Oktyabr 22, 2008 Posted by | İctimaiyyət | , , , , , , , | Bir şərh yazın